8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yeri gəlmişkən cəmiyyətə jurnalist kimi təqdim edilən Polad Aslanovun fəaliyyətinə səthi nəzər salmaq deməyə əsas verir ki, haqqında bəhs edilən şəxs yalnız və yalnız mətbuat adından sui-istifadə etməklə məşğul olub: Şantaj, insanların şərəf və ləyaqətini alçaltmaq, dövlət orqanlarının cəmiyyətdəki işguzar nüfuzunu sarsıtmaq və sairə.
Saytında və sosial şəbəkələrdə yazdığı mətnlərdən də məlum olur ki, Polad Aslanov orta məktəbin pis oxuyan uşaqları səviyyəsində savada və dünyagörüşə sahib olub. Həmçinin, Polad Aslanovun özünün sosial şəbəkələrdə yayılmış videolarından onun psixi durumunun da normal olmadığını görmək mümkündür.
Xarici xüsusi xidmət orqanlarının belə şəxslərdən asan yem kimi istifadə etdiyini dəfələrlə müşahidə etdiyimizdən indi əsas məsələ Polad Aslanovu yönəldən və hazırda kölgəyə çəkilib dolayı yollarla Polad Aslanovun həbsi ətrafında ajiotaj yaradan şəxslərin kimliyini üzə çıxarıb, xaricdən Azərbaycana uzanan casus şəbəkəsini zərərsizləşdirmək olmalıdır. Çünki baş verən proseslər onu göstərir ki, xarici xüsusi xidmət orqanlarına qarşı casusluq etməkdə şübhəli bilinən Polad Aslanov heç də tək olmayıb və ona bu işdə dəstək verən və istiqamətləndirən şəxs hələ də azadlıqdadır.
Elementar jurnalist araşdırması kifayət edir ki, ciddi dairələrdə çox da diqqət çəkməyən "Xeberman.com” saytında zaman – zaman professional məqalələr və informasiyalar da yayılıb. Sözügedən məqalələrin Polad Aslanovun beyninin məhsulu olmadığını nəzərə aldıqda bunları hazırlayan şəxslərin və ya şəxsin kim olmasını müəyyənləşdirmək çox vacibdir. Bu həm də Polad Aslanova Azərbaycan əleyhinə təbliğat aparmağa istiqamətləndirən şəbəkənin ifşası üçün lazımdır.
Araşdırmalar onu göstərir ki, Polad Aslanovu jurnalist kimi cəmiyyətə sırıyan və adından məqalələr yazan şəxs onun həyat yoldaşı Gülmirə Aslanova olub. Gülmirə Aslanova ilə bağlı internetdə apardığımız araşdırma zamanı belə nəticəyə gəlmək olar ki, o, həyat yoldaşından fərqli olaraq informasiya ilə manipulyasiya etmək potensialına sahib olmaqla yanaşı Azərbaycan cəmiyyətini qıcıqlandıra biləcək həssas məqamlardan sui-istifadə eməkdədir. Hicabda gəzən və özünü dindar kimi göstərən Gülmirə Aslanovanın ayrı-ayrı media orqanlarına verdiyi açıqlamalardan onun danışıq tərzi və işlətdiyi ifadələr onun din libasına bürünub maskalandığını aşkarca ortaya qoyur.
Polad Aslanovun həbsi ətrafında baş verən proseslərin təhlili onu deməyə əsas verir ki, xarici dövlətlərin Azərbaycandakı casus şəbəkəsinin əsas həlqələrindən biri elə Gülmirə Aslanovadır. Belə ki, Gülmirə Aslanovanın mütəmadi olaraq əlaqə saxladığı və müəyyən informasiyaları dolayı yolla yaydırmaq üçün münasibət saxladığı şəxslərin böyük hissəsi həmin dövlətlərin maraqlarını açıq –aşkar müdafiə etməkdən çəkinmirlər. Məsələn, Almaniyaya siyasi mühacir kimi sığınan Azər Kazımzadə və Cavid Cabbarlının timsalında bunu aydın görmək mümkündür.
Bu baxımdan həmin dövlətlərin müvafiq qurumları üçün hazırda əsas hədəflər bunlardır: Azərbaycanı dövlət olaraq zəiflətmək, əhalidə dövlətə qarşı inamsızlıq yaratmaq və sairə.
Bunun üçün isə şiə məsələsindən məharətlə istifadə edərək Polad Aslanov kimi Azərbaycan vətəndaşlarını öz tərəflərinə çəkə bilirlər.
Müşahidələr göstərir ki, Azərbaycanda marağı olan ölkələr bizim güclü dövlət olmağımıza hər vəhclə mane olmağa çalışırlar. Bu baxımdan həmin dövlətlər Azərbaycanda əsas hədəfə aldığı qurumlar güc strukturları və xüsusi xidmət orqanlarıdır. Son günlər sosial şəbəkələrdə Polad Aslanovun məhkəməsi ətrafında yaradılan ajiotaj da məhz buna xidmət edir…