Taleh Bağırzadə və Fuad Qəhrəmanlının məhkəməsi davam edir

Taleh Bağırzadə və Fuad Qəhrəmanlının məhkəməsi davam edir

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov şahid qismində ifadə verib. (APA)

 O bildirib noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşaraq Taleh Bağırovun müavini Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Həmin şəxslər daş və dəmir parçalarından istifadə edərək polis əməkdaşlarına xəsarət yetiriblər.

 Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifov şahid və zərərçəkmiş kimi ifadə verib. O, da oxşar ifadə verib. Təqsirləndirilən Zakir Mustafayev isə həmin şəxsin ona işgəncə verdiyini deyib.

 Sonra prosesdə fasilə elan olunub.



Oxşar Xəbərlər

Xəbər lenti