Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova maraqlı açıqlama verib. Spiker deputatlara təklif edib ki, fasiləsiz işləyib müzakirələri tez yekunlaşdırmaq lazımdır, çünki saat 15:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) "çox vacib” toplantısı var. Hakim partiyada spikerin də tribunadan səsləndiridiyi "çox vacib" toplantında hansı məsələlər müzakirəəyə çıxarıla bilər?
Müşahidəçilərin ehtimallarına görə, YAP konstitusiya referendumu təşəbbüsü ilə çıxış edə bilər. Artıq bir müddətdir siyasi kuluarlarda bu barədə müzakirələr aparılır. Qeyd olunur ki, hakimiyyət siyasi idarəçilikdə ciddi dəyişikliklər aparmaqda maraqlıdır. Proporsional və ya qarışıq seçki siteminin bəra olunması, Nazirlər Kabinetinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, habelə yerli özünüidarəetmənin gücləndirilməsini nəzərdə tutan dəyişikliklər təklif oluna bilər. Bununla yanaşı Prezidentin səlahiyyətinin azaldılması, parlament çoxluğunun formalaşdıracağı hökumətin yaradılmasının konstitusion əsaslarının səsverməyə çıxarılması mümkündür.
Xatırladaq ki, bu gün Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı da Azərbaycanda konstitusiya referendumunun keçirilməsinin vacib olduğunu bildirib. Siyasi müşahidəçilərə deputatın öz təşəbbüsü ilə danışmadığı məlumdur. Ehtimal etmək olar ki, YAP-ın fövqəladə toplantsında bu barədə geniş müzakirəlrə aparıla bilər.