Ölkədə bir ilk - əhali həftə sonu küçəyə çıxma yasağına necə riayət edəcək? - Ölkə gündəmi "Canlı debat"da

 

Hazırda Musavat.com saytının "Facebook" və "Youtube" platformalarında həyata keçirdiyi "Canlı debat"da ölkə gündəmi müzakirə olunur.

Karantin rejiminin yumşaldılması fonunda yeni qadağalar, həftə sonunda gözlənən küçəyə çıxma yasağının tətbiqi, koronavirusa yoluxmada artan statistika əsas müzakirə mövzularımızdır.

İnsanlarımız, ölkə əhalisi iki günlük küçəyə çıxma yasağını necə keçirəcək? Cərimələr nələrdir? Medianın əsas hissəsi bu prosesdən necə kənarlaşıb, bu qadağa niyə onlara da tətbiq olunur?

Aparıcı Sevinc Telmanqızının təqdimatında müzakirə olunan mövzularla bağlı efirə canlı bağlantı ilə ekspertlər - Ağ Partiyanın sədri Tural Abbaslı, Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu və həkim Vasif Həsənli qoşularaq öz fikirlərini bölüşürlər. Verilişdə, təbii ki, dinləyicilərimiz də suallar verərək iştirak edə bilərlər.

Bunun üçün Musavat.com-un "Facebook" və ya "Youtube" səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.

"Youtube"dakı səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

"Facebook"dakı səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

 




Oxşar Xəbərlər

Xəbər lenti