TƏBİB-dən Hadi Rəcəbli ilə bağlı açıqlama : “Koronavirusa yoluxubsa, müalicəsini alacaq...”

TƏBİB-dən Hadi Rəcəbli ilə bağlı açıqlama

 

Milli Məclisin keçmiş deputatı, Parlamentin Əmək və sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəblinin koronovirusa yoluxması barədə xəbərlər yayılıb. Belə ki, Lənkəran şəhər sakinlərinin sosial şəbəkədə qeyd etdiyinə görə, bir neçə gün əvvəl Hadi Rəcəblinin səhhəti qəfil pisləşərək xəstəxanaya yerləşdirilib, ona koronovirusa yoluxma diaqnozu qoyulub.

 
Sozcu.info  
xəbər verir ki, isə sabiq deputat haqqında yazılanlar tamamilə yalandır. Hadı Rəcəblinin koronavirusa yoluxması xəbəri düzgün deyil və hazırda onun səhhətində heç bir problem yoxdur.

 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə qeyd edilən məlumatları nə təsdiq, nə də təkzib edib:

 

"Mən dəfələrlə qeyd etmişəm ki, koronavirusa yoluxub, yoluxmadığı barədə heç kimin şəxsi məlumatları paylaşılmır. Hadı müəllimlə bağlı da məndə məlumat yoxdur. Biz belə məsələləri ümumiyyətlə araşdırmırıq. Xəstədirsə, müalicəsini alacaq, deyilsə, şayiə yayılıb. Bu mövzunu araşdırmadığımıza görə, yazılan məlumatları nə təsdiq, nə təkzib edirik”.(modern.az)



Oxşar Xəbərlər

Xəbər lenti