Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Kişilərə qadağandısa, qadınlar da geyinməsin"
- şortik qalmaqalı böyüyür
Bir neçə gündür ki, ölkədə
sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən gəncin binaya buraxılmaması hadisəsi müzakirə olunur.
Xatırladaq ki,
texnobloqqer
Fərid Pərdəşünas
sosial şəbəkədə yazaraq bildirib ki, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb. Səbəb isə imtahana şortikdə getməsi olub:
“Mənə bildirildi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu ictimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı”.
Məsələ ilə bağlı
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur. Lakin
milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Qurum rəsmisi hətta qeyd edib ki, qadın gödək paltar da geyinə bilər, şortik də:
“Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.
Kamran Əliyevin bu açıqlamasından sonra qalmaqal daha da qızışıb. Bir qrup şəxs qeyd edib ki, kişilərin şortiklə dövlət orqanlarına daxil olması qanunla qadağan olunmasa da, cəmiyyətdə qəbul olunmur. Digər qrup şəxslər isə Azərbaycanın müstəqil və azad ölkə olduğunu, qadınlar kimi kişilərin də şortik geyinmək haqqı olduğunu bildiriblər.
Hüquqşünaslar da bildiriblər ki, qanunla kiminsə şortik geyindiyinə görə imtahana buraxılmaması doğru deyil. Qeyd olunub ki, konstitusiyada dinindən, irqindən etnik məsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün insanlar bərabər olduğu bildirilir. Yəni Konstitusiya bütün insanlara bərabər hüquqlar verir. Həmçinin insanlar da bərabər şəkildə gedib imtahanda iştirak edə bilər.
Bir sıra hüquqşünaslar onu da qeyd ediblər ki, şortik geyindiyi üçün imtahana buraxılmayan şəxs rəsmi surətdə məhkəməyə müraciət edə bilər.
Sosial şəbəkələrdə belə bir informasiya da verilib ki, əslində, həmin gənc hadisəni olduğu kimi yazmayıb. İddia olunur ki, o, imtahana şortiklə gəldiyi üçün həmin vaxt orada imtahan verən bir xanım və onun yaxınları buna etiraz edib, gənc onunla mübahisə edib. Bundan sonra şortikli gənc oradan uzaqlaşdırılıb, imtahana şortiklə deyil, normal geyimdə gəlmək DYP əməkdaşları tərəfindən tövsiyə edilib...
Kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O, qeyd edib ki, dəfələrlə bu barədə ictimai polemikalar aparılıb və hər dəfə də düşüncə adamları, intellektual şəxslər gənclərin sıxışdırılmaması üçün cəmiyyətə mesajlar veriblər:
“Vaxtilə nənə-babalarımız çadra və papaqla gəzirdilər və indi məcburi deyil ki, gənclərimiz də elə o cür gəzsinlər. Onsuz da əxlaqı olmayan, əxlaqsız insan şortikdə, çadrada da öz əməllərindən əl çəkməyəcək. Ona görə də yeni nəsil özlərini təsdiq etmək, etirazlarını bildirmək, qıcıq yaratmaq üçün bəzən bu cür şortik və yaxud yırtıq şalvar geyinirlər. Əlbəttə ki, bu da yaşılı və orta nəsli qıcıqlandırır...
Dünyanın ən qapalı şəhərlərindən biri Dubay idisə, indi orada da insanlar tədricən azad geyinə başlayıblar. Və yaxud məlum olduğu kimi İranda qadınlar çadra altından şortik geyinir, yaxınlarının arşında sərbəst olurlar”.
Kulturoloq qeyd edib ki, geyim əxlaq və mənəviyyatın göstəricisi ola bilməz:
“Ona qalsa dünyanın ən tanınmış insanları, sənətdə inqilab etmişlər müxtəlif tərzdə paltar geyinirlər. İndi onlara deyək ki, siz əxlaqsızsınız?
Digər tərəfdən, ölkəmizdə qadın və kişi gender bərabərliyi var. Lakin son hadisəyə görə qadınlara şortik geyinmək olar, onlar qısa geyinə bilərlər, amma kişilərə, oğlanlar olmaz. Bu necə düşüncə tərzidir?”
Kulturoloq vurğulayıb ki, bir çox Avropa və inkişaf etmiş ölkələrdə dövlət qurumlarında çalışanlar üçün konkret geyim formaları var, lakin bu məsələ vətəndaşlara aid deyil:
“Dövlət qulluqçusu olaraq həmin geyim formalarına riayət etməlidirlər. Məsələn, çimərlik geyimində vətəndaşlara xidmət edə bilməzsən. Amma vətəndaş azaddır.
Bir məsələ ilə mən də razıyam ki, milli-mental dəyərlər də gözlənilməlidir və gənclərimiz bəzən hədlərini aşırlar. Məsələn, mənim yaşadığım binada bir qadın alt paltarı qədər qısa olan bir paltarda həyətə düşür. Mən buna etirazımı bildirdim. Qeyd etdim ki, iki yeniyetmə oğlan övladım var və siz bu geyimlə onların psixologiyasını pozmuş olursuz. Bu nə dərəcə doğrudur. Yəni, hər bir şeyin həddi var.
Amma əgər kişilərə şortik geyinməyə qadağa qoyuruqsa qadınlara da bu qadağa qoyulmalıdır və yaxud hər ikisinə bu imkanı yaratmaq lazımdır”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə kulturoloqun fikirləri ilə razılaşmadığını bildirdi:
“Bakılı, müasir azərbaycanlıyıq deyə o demək deyil ki, şəhərdə ictimai yerdə şalvarsız gəzək. Bu, yad qüvvələrin bizə sırıdığı dəyərlərdir və beləliklə milli adət-ənələrimizin ayaqlar altına alınması deməkdir. Şortiklə yalnız dəniz qırağında, istirahət yerlərində geyinmək olar. Yoxsa ki, şortiklə şəhərə gəzməyə, küçələrə çıxsınlar, imtahana getsinlər, bu yolverilməzdir və Azərbaycanın milli-mentalitetinə yad haldır.
Bəzən bizim gənclərimiz, insanlarımız özlərini aristokrat göstərməyə çalışırlar. Amma kiminsə tüklü ayağına baxmağa ehtiyac varmı? Bu bizim geyim formamıza yaddır. Bəziləri şortiklə, yanlarında itlə gəzirlər. Düşünürəm ki, onlar harınlanmış insanlardır. Onlara hüquq mühafizə orqanları nəzarət etməlidir. Dövlətin öz adət-ənənələrini qorumaq haqqı, hüququ var.
Mən həmişə bunu əskinə getmişəm. Biz müsəlman ölkəyik və İslam dəyərlərinə hörmət edərək yaşamalıyıq”.
Hafiz Hacıyev qeyd etdi ki, qanunla ictimai yerdə şortiklə gəzmək qadağan edilməlidir:
“Qanun qərar verilməlidir ki, ictimai yerlərdə şortik geyinmək olmaz. Həmçinin Dini Komitə də məsələyə mövqe bildirməlidir”.
Xatırladaq ki, buna qədər ölkəmizdə şortiklə bağlı çoxlu sayda qalmaqallar baş verib. Məsələn, 2017-ci ildə Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı şortik geyinməsinə görə tənqid etmişdi. Sosial şəbəkədə yaranmış söz davası məhkəməyə qədər gedib çıxmışdı. Belə ki, M.Əsədova həmkarının onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib və Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Ramiz Məlikdən 200 min manat məbləğində təzminat istəmişdi. Qarşı tərəf də qarşılıqlı iddia qaldıraraq eyni səbəbdən 300 min manat tələb edib. Amma məhkəmədə hər iki iddia təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsinə qədər uzanan proses R.Məlikin min manat ödəyib dediklərini təkzib etməsiylə nəticələnmişdi.
İki il öncə isə Bakı metrosunda yaşlı bir qadın gənc qıza şortik geyinməsinə görə irad bildirmiş, daha sonra isə qıza hücum edərək ona fiziki təzyiq göstərmişdi. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.
Ötən il Bakıda yerləşən “Beerbaşa” restoranı şortikdə olan turisti içəri buraxmamışdı. Buna səbəb restoranın dress-kod tələbi idi. Belə ki, sözügedən restorana idman şortikində giriş qadağandır. Bu tələb həm qadınlara, həm də kişilərə aiddir. Restoranın bu addımı da birmənalı qarşılanmamışdı.
2017-ci ildə Novxanıda “Amore” restoranı müştərilərə şortik geyinməyi qadağan etmişdi.
2015-ci ildə isə partiya sədri Hafiz Hacıyevin “Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub qıçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin” deməsi də uzun müddət müzakirə olunmuşdu. Bu qalmaqallı açıqlamasının müzakirə olunduğu bir zamanda onun özünün şortikli şəkilləri ortaya çıxmışdı. Belə ki, H.Hacıyev hansısa istirahət məkanında əynində şortik, ayağında çəkələk görüntülənmişdi.
Bəzi universitetlərdə də oğlan tələbələrə şortik qadağası qoyulduğunun şahidi olmuşuq. 3 il əvvəl Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Eyni problem 2014-cü ildə Qərb Universitetində də yaşanmışdı. Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq top) gəlmək qadağan edilmişdi. Bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün edilmişdi.
Şortik geyindiyinə görə imtahana buraxılmayan Fərid Pərdəşünas
Oxşar Xəbərlər
Yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələri veriləcək –Sürücülər yenidən imtahan verəcəklər?
DİM 23-24 iyulda keçiriləcək buraxılış imtahanlarının qrafikini elan etdi
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır
Xəbər lenti
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu