Azərbaycanın bu əraziləri işğaldan azad olundu: Prezidentdən tvit

Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Sozcu.info  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti “Twitter” hesabında yazıb.
Qeyd olunub ki, müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndlərini, Füzuli rayonunun Mandalı kəndini, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndlərini, Qubadlı rayonunun Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad edib.
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}