10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
QARABAĞA BİRİNCİ KİMLƏR KÖÇÜRÜLƏCƏK? -
“Öz vəsaiti ilə ev tikmək istəyənlərə şərait yaradılsın”
İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzərində iş başa çatıb. Rəsmi mənbələrdən daxil olan məlumata görə, bu sənəd əsasında Tədbirlər Planı da hazırlanaraq ilkin müzakirələrdən keçib və aidiyyəti qurumlarla razılaşdırılıb. Lakin konkret ərazilərin bərpası üzrə müəyyən edilmiş bölgü və qrafiklərlə bağlı bəzi korrektələrə ehtiyac yaranıb. Yaxın vaxtlarda bu məsələlərə dair də yekun qənaətə gəlinəcəyi gözlənilir.
Tədbirlər Planı hələ təsdiqlənməsə də, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bəzi müddəalar artıq məlumdur. Belə ki, planda bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur.
Birinci mərhələdə Cəbrayıl, Füzuli və Ağdam rayonlarının, ikinci mərhələdə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, üçüncü mərhələdə isə Şuşa və Xocavənd rayonlarının bütün yaşayış məntqələri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsi və Qazax rayonunun 7 kəndinin bərpası nəzərdə tutulur.
İlkin sənədə əsasən bərpa və yenidənqurma işlərinə əvvəlcə rayon mərkəzlərindən və iri qəsəbələrdən başlanacaq. Eyni zamanda, Şuşa şəhərinin bərpasının da birinci mərhələyə aid ediləcəyi gözlənilir.
Bundan başqa, Strateji Fəaliyyət Planına uyğun olaraq, Qarabağa qayıdacaq məcburi köçkünlər üçün geniş sosial güzəşt paketi hazırlanır. Belə ki, işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən dövlət strukturlarında çalışan işçilərin maaşlarına 50 faizədək əlavələrin hesablanması, kənd təsərrüfatı və özəl sektora birdəfəlik yardımlar, faizsiz kreditlər və vergi güzəştləri təklif olunur.
“Öz vəsaiti ilə ev tikmək istəyənlərə şərait yaradılsın”
Hüquqşünas
Bəhruz Bayramov
mövzunu “Press Klub”a şərh edərkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya nə qədər tez başlansa, o qədər yaxşıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə öz təşəbbüsü ilə bərpa işlərinə başlamaq istəyən insanların işğaldan azad olunmuş ərazilərə maneəsiz gediş-gəlişinə icazə verilməlidir:
“Məcburi köçkünlər arasında yurd-yuvasına qayıdıb, şəxsi vəsaiti ilə özünə şərait qurmağa, dövlətdən yardım almadan dağılmış evlərini bərpa etməyə hazır olan minlərlə insan var. Hamı hökumətin qərarını gözləyir, icazə verilən kimi, məcburi köçkünlərin bir çoxu dövlətin yardımını gözləmədən özləri bərpa işlərinə başlayacaqlar. Müharibənin başa çatmasından iki aydan artıq vaxt keçir, amma dövlət özünün qayıdış proqramını hələ ictimaiyyətə elan etməyib. Təcili sənədləşmə işləri aparılmalı və həmin şəxslərə imkan verilməlidir ki, doğma yurd-yuvasında öz hesablarına tikinti-bərpa işlərinə başlasınlar”.
B.Bayramov hesab edir ki, bərpa prosesində sənədləşmə işləri ilə məşğul olan sərəncamverici orqanlar operativ işləməlidir. Buraya xüsusilə rayon icra hakimiyyətləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun yerli bölmələri aiddir:
“Bu dövlət orqanları yubanmadan lazımi sənədləri hazırlamalı və şərait yaratmalıdırlar ki, dağılmış evlərini öz hesabına bərpa etmək istəyənlər dövlətin maliyyə yardımı olmadan bu işi görə bilsin. İyirmi səkkiz ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlər var ki, may ayından öz ata-baba yurdunda dağılmış evlərini, təsərrüfatlarını bərpa etmək arzusundadır. Belə insanlara şərait yaratmaq lazımdır”.
Məcburi köçkün öz rayonuna qayıtmaq istəmirsə…
Hüquqşünasın fikrincə, hazırda yarımzirzəmilərdə, yataqxanalarda, qəzalı binalarda on minlərlə məcburi köçkün yaşayır ki, onların Qarabağa qayıdışını tezləşdirmək lazımdır:
“Nəzərə alsaq ki, dövlət məcburi köçkünlər üçün mənzil tikintisini dayandırıb, onda mənzil-məişət şəraiti ağır olan insanların mümkün qədər qısa müddətdə öz yurduna qayıdışına şərait yaradılmalıdır. Bu ailələrin bir qisminin yeni mənzillərə köçürülməsi üçün tikilib hazır vəziyyətə gətirilmiş binalar Prezidentin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi. Müharibədən sonra qərara alındı ki, həmin mənzillər məcburi köçkünlərə yox, şəhid ailələrinə paylansın. Bu, düzgün qərardır. Ancaq ağır şəraitdə yaşayan məcburi köçkünləri də mütləq nəzərə almaq lazımdır və dövlət ilk növbədə məhz həmin ailələrin evlərini bərpa etməlidir”.
Hazırda dövlətin inşa etdiyi qəsəbələrdə mənzillə təmin olunan məcburi köçkünlərə gəlincə, B.Bayramov hesab edir ki, belə ailələr qayıdış proqramının sonuncu mərhələsinə aid edilə bilər. Ancaq onun fikrincə, bu cür evlərdə məskunlaşan məcburi köçkünlər Qarabağa qayıtmaqdan imtina edərlərsə, dövlət həmin mənzilləri onların əlindən alıb, şəhid ailələrinə verməlidir:
“Hər kəsin istənilən yerdə yaşayış yeri seçmək hüququ var. Amma əgər məcburi köçkün daimi qeydiyyatda olduğu rayona qayıtmaq istəmirsə, dövlət ona şərait yaratmalı deyil, şəraiti işğaldan azad olunmuş ərazilərdə yaratmaq lazımdır. Digər tərəfdən, imkanlı şəxslərə, biznesmənlərə yüksək səviyyədə şərait yaradılmalıdır ki, onlar öz bizneslərini işğaldan azad edilmiş ərazilərdə qura bilsinlər. Bütün bunlardan sonra dövlət sosial infrastrukturun, o cümlədən yol, elektrik enerjisi, təbii qaz, içməli su və rabitə xidmətləri infrastrukturunun bərpasını başa çatdırmalıdır. Hesab edirəm ki, bununla paralel şəkildə öz hesabına mənzil tikmək, şəxsi təsərrüfatlarını qurmaq istəyənlərə şərait yaradılmalıdır. İlkin məskunlaşma tədbirlərinə məhz belə başlanmalıdır və dövlət bu işi mümkün qədər sürətləndirməlidir”.
Kiçik kəndlərin sakinləri üçün bir qəsəbə
Deputat
Razi Nurullayev
isə bildirir ki, məcburi köçkünlərin Qarabağa qayıdışı ərazilərin tam şəkildə bərpasından sonra mümkündür. Onun sözlərinə görə, hər şeydən əvvəl ərazilər şəhərsalma qaydalarına uyğun şəkildə bərpa edilməli, bütün infrastruktur kompleks şəkildə qurulmalıdır:
“Dövlət başçısı da hökumətə məhz bu cür tapşırıq verib ki, ərazilərin bərpası şəhərsalma qaydalarına uyğun şəkildə aparılmalıdır. Hazırda bununla bağlı xarici təcrübə, xüsusilə Türkiyə təcrübəsi öyrənilir. Bərpa proqramının hazırlanması prosesində yeni-yeni fikirlər və ideyalar yarandığından, sənədin üzərində işi yekunlaşdırmaq bir qədər çətinləşir. Doğrudan da bu, o qədər də asan iş deyil. Çünki son iki ayda Prezident özü də həmin ərazilərə səfərlər edib, ayrı-ayrı dövlət strukturlarının ekspert qrupları Qarabağa ezam olunur və bu səfərlərin sonunda yeni məsələlər ortaya çıxır. Buna görə də ərazilərin bərpası planının vahid bir konsepsiya kimi işlənib hazırlanması çətinləşir. Məsələ burasındadır ki, bir rayonun yüzədək, bəzilərində isə yüzdən çox kənd var və onların hamısının eyni variantda bərpası mümkün deyil”.
Millət vəkili azad edilmiş ərazilərdəki kiçik kəndlərin bərpasına vaxt və vəsait sərf etməyin tərəfdarı deyil. Onun fikrincə, ilkin mərhələdə əsas diqqət rayon mərkəzlərinin və iri yaşayış məntəqələrinin bərpasına yönəldilməlidir. Kənd yerlərinin bərpası isə optimallaşdırılmalıdır:
“Hər kiçik kənddə yol, su, elektrik enerjisi, təbii qaz xəttinin çəkilməsi böyük xərc tələb etməklə yanaşı, həm də əlavə əmək sərfi deməkdir. Ona görə də mövcud şəraitdə ən optimal variant 10-15 evdən ibarət kiçik kəndlərin qəsəbə halında birləşdirilməsi ola bilər. Bildiyimə görə, bununla bağlı xarici təcrübə də öyrənilir, artıq xarici şirkətlər bu məsələyə cəlb olunub”.
R.Nurullayev qeyd edib ki, azad olunmuş ərazilərə qayıdacaq vətəndaşların məşğulluq və sosial təminat məsələləri, biznesin inkişaf etdirilməsi üçün münbit şərait Strateji Fəaliyyət Planının əsas tərkib hissələridir. O, əmindir ki, hazırda ölkənin müxtəlif regionlarında, o cümlədən Bakıda və digər şəhərlərdə məskunlaşan məcburi köçkünlər bərpa olunacaq ərazilərdə indikindən daha yaxşı yaşayacaq:
“Fərz edək ki, Bakıda dövlətin verdiyi ikiotaqlı mənzildə məskunlaşan məcburi köçkünün bir maşını və ayda 100 manat qazancı var. Əvvəlki yaşayış yerinə qayıtsa, dövlət orada da onu mənzillə təmin edəcək, maşınını da özü ilə aparacaq, üstəlik aylıq qazancı 100 deyil, 150 manat olacaq. Belə olan halda həmin vətəndaş əlbəttə, qayıdıb öz rayonunda yaşayacaq. Məcburi köçkünlərin öz yurd-yuvasına qayıdışını təmin etmək istəyiriksə, məsələyə bu prinsiplərdən yanaşılmalıdır. Qarabağ və bütövlükdə işğaldan azad edilmiş ərazilər elə gözəl məkana çevrilməlidir ki, insanlar daha rahat və layiqli həyat yaşaya bilsin, ermənilər separatçlıq hərəkətlərinə görə peşman olsunlar. Həm də, dünya görsün ki, işğalçı Ermənistanın dağıtdığı yerdə Azərbaycan bir cənnət yaratdı. Əgər bunu edə bilsək, nəinki məcburi köçkünlər, hətta o rayonlardan olmayan insanlar da gedib orada yaşamaq istəyəcəklər. Təəssüflər olsun ki, son vaxtlar məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtmayacağını deyənlər var. Halbuki Azərbaycanda belə bir problem yoxdur”.
Oxşar Xəbərlər
Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər -
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin video görüntüsü - VİDEO
İşğaldan azad olunmuş ərazilərdə FHN
İşğaldan azad edilən ərazilər
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…