8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Tibb Universitetinin bir qrup tələbəsi AMEA-nın Mərkəzi Elmi Kitabxanasından şikayətçidir.
"Qafqazinfo”ya müraciət edən tələbələr bildiriblər ki, Mərkəzi Kitabxana bir müddətdir ki, birnövbəli sistemlə işləyir və bu tələbələrin orada hazırlaşmasına mane olur: "Əvvəllər kitabxana ikinövbəli sistemlə, gecə saat 10-a kimi işləyirdi. Bir müddətdir ki, saat 5-dən sonra orada dərs oxumağa qoymurlar. Səbəb olaraq isə kommunal xərclərin çoxluğunu göstərirlər. İmza toplamışıq, ölkə prezidentinə müraciət edəcəyik”.
Məsələ ilə bağlı "Qafqazinfo”ya danışan kitabxananın beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bildirib ki, informasiya resurslarının təmin edilməsi məqsədi ilə rəhbərlik birnövbəli sistemə kəçmək barədə qərar qəbul edib: "Bu, müvəqqəti məsələdir. Amma ikinövbəli xidmətin nə zaman tətbiq olunacağı hələlik məlum deyil. Bizə oxucularımız qədər, kitabxanada saxlanan resursların, elektron vəsaitlərin təhlükəsizliyini təmin etmək vacibdir. Ona görə belə qərar qəbul etməyə məcbur olmuşuq. Əvvəllər oxucular az olduğuna görə təhlükəsizliyi rahatlıqla təmin edə bilirdik. İndi onların sayı artıb, müəyyən nigaranlıqlara görə olaraq bu qərarı qəbul etməli olmuşuq. Müvafiq qurumlarla danışıqlıqlar aparırıq ki, təhlükəsizliklə bağlı qarşıya çıxan məsələlər tez bir zamanda həll olunsun. Hazırda səbəbləri tam açıqlaya bilmirəm. Bu, Mərkəzi Elmi Kitabxananın daxili məsələsidir”.
Qurum sözçüsü tələbələrin kommunal məsələlərlə bağlı iddialarına da cavab verib: "Bu söhbətlər tamamilə əsasssızdır. Saytımızda birnövbəli sistemə keçməklə bağlı açıqlamamız var, orada hər şey ətraflı yazılıb”.