"Vulkan püskürməsi zamanı ölən və yaralıların olması haqda deyilənlər yalandır"

"Vəziləri vulkan püskürməsi zamanı orada ölən və yaralananların olduğunu deyir. Amma belə deyil, şayiələrə inanmamağı məsləhət görürəm".
Müsavat.com bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirilən mətbuat konfransında deyib.
SOCAR-ın geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov isə bildirib ki, vulkan püskürməsi baş verən yerdə qurumun hansısa qazma işləri apardığı haqda yayılan məlumatlar da yalandır:
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə SOCAR-la bağlı yayılan məlumatlarda bildirilir ki, guya qurumumuz həmin ərazidə qazma işlərinin aparıb. Amma deyilənlər şayiədir. Hadisə yerində SOCAR-ın heç bir infrastrukturu yoxdur. Baş verən hadisə təbiət hadisəsidir.
Qeyd edim ki, SOCAR rəhbərliyi hadisəni diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib".
Xalidə Gəray


Oxşar Xəbərlər

Xəbər lenti