Bakı zooparkına heyvanların köçürülməsinə başlanılıb - FOTOLAR

Qaradağ rayonu ərazisində müvəqqəti yerləşdirilən heyvanların Bakı Zooloji Parkına köçürülməsinə başlanılıb.
Sozcu.info xəbər verir ki, bunu report-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib.
O bildirib ki, zooparkda təmir işləri hələ yekunlaşmayıb: “İşlər gedə-gedə müəyyən heyvanlar köçürülür. Hansı hissə hazırdırsa, o hissəyə heyvanlar yerləşdirilir”. A.Hüseynov zooparkın açılacağı tarixin hələ dəqiq bilinmədiyini deyib.
Xatırladaq ki, 2019-cu ildən fəaliyyəti müvəqqəti dayandırılan Bakı zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Parkın əvvəlki ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. 
Bakı Zooloji Parkının görüntüsünün bu cür olacağı bildirilir:








Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}