Fəzail İbrahimli: “Zəngəzur mövzusunda başqa cür danışmaq tarixi bilməmək deməkdir”

Milli Məclisin sədr müavini, tarix elmləri doktoru Fəzail İbrahimli Zəngəzur barədə çıxış etdi.
“1921-ci il dekabrın 1-də Azərbaycanı məcbur etdilər, Zəngəzur ermənilərə verildi. O zaman Nəriman Nərimanovu məcbur etdilər. Bu, Türk xəttinin qırılması, sındırılması idi. Altay Qazaxıstandan alındı, Şimali Qafqazda müəyyən addımlar atıldı. Zəngəzur da bu xəttin bir hissəsi idi, qırıldı”,- professor bildirdi.
F.İbrahimli Zəngəzurla bağlı fərqli fikirlərə etiraz etdi: “Zəngəzur mövzusunda başqa cür danışmaq tarixi bilməmək, məsələyə bəstəboy münasibət bəsləmək deməkdir”.


Oxşar Xəbərlər

Xəbər lenti