Əfqanıstanın 13 əyalətində döyüşlər davam edir - 267 silahlı ölüb, 119-u yaralanıb

Əfqanıstanın 13 əyalətində ordu ilə “Taliban” silahlı qruplaşması arasında döyüşlər davam edir.
“Report”un məlumatına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, iyulun 13-də gecə döyüşləri nəticəsində qruplaşmanın 267 silahlısı öldürülüb, 119-u yaralanıb, 4-ü həbs edilib. Məlumata görə, “Taliban”ın çoxlu sayda silah-sursatı məhv edilib.
Açıqlamada vurğulanıb ki, qruplaşma üzvləri Nanqarhar, Laqman, Qəndahar, Herat, Bəlx, Fəryab, Cauzcan, Hilmənd, Bədəxşan, Kunduz, Tahar, Kapisa və Kabul bölgələrində zərərsizləşdirilib, həbs olunublar.
Əfqanıstan Prezidentinin müşaviri İbrahim Alaközay “Taliban”a müraciət edib: “Əgər siz bu müharibəni 20 il də davam etdirsəniz, ölkəmizə daha bir xarici qüvvə girəcək”.


Oxşar Xəbərlər

Xəbər lenti