Azərbaycan COVAX mexanizmi vasitəsilə 506 min doza vaksin alacaq

COVAX beynəlxalq mexanizmi iştirakçı ölkələr arasında koronavirus vaksininin paylaşdırılmaıs ilə bağlıı ilkin proqnozlarını açıqlayıb.
Sozcu.info məlumatına görə, COVAX-ın təqdim edəcəyi "AstraZeneca" və Oksford Universitetinin vaksinləri fevral ayından gec olmayaraq paylanmağa başlayacaq.
Ən çox vaksin dozasını Hindistan əldə edəcək. Bu ölkəyə 97 milyondan çox dozanın ayrılması proqnozlaşdırılır. Banqladeşə 12,8 milyona yaxın, Braziliyaya 10,6 milyondon çox vaksin veriləcək.
COVAX mexanizmi Azərbaycana 506 min doza vaksinin veriləcəyini proqnozlaşdırıb.
Region ölkələrindən Gürcüstana 214 min, Ermənistana 146 vaksinin verilməsi nəzərdə tutulub.


Oxşar Xəbərlər

Xəbər lenti