Eldəniz Səlimov YAP-dan qovuldu

Deputat Eldəniz Səlimov YAP sıralarından xaric olunub. 
Sozcu.info xəbər verir ki, bu haqda YAP Xaçmaz rayon təşkilatı məlumat yayıb.
Qeyd edək ki iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}