Şamaxıda karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-inMətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.


Oxşar Xəbərlər

Xəbər lenti