Deputatlar Eldəniz Səlimovla maraqlanırlar? - “Oğlum yerindədir, ona niyə zəng vurmalıyam?!“

Polisi döydüyü üçün həbs olunan Milli Məclisin deputatı Eldəniz Səlimovun adı ətrafında başlanmış ajiotaj getdikcə səngiyir. Əvvəlki günlərlə müqayisədə indi mətbuat bu məsələyə az maraq göstərir.
Bəs deputat həmkarları necə, onunla maraqlanıb əlaqə saxlayırlarmı?
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu haqda Yenisabah.az-a açıqlama verib. O, hazırda məhbus həyatı yaşayan həmkarı ilə əlaqə saxlamadığını söyləyib:
“Eldəniz Səlimovla əlaqə saxlamamışam. Deputatlıq dövründə onunla mənim ənənəvi xarakter daşıyan münasibəim olmayıb. Nə onun telefonu məndə var, nə də mənim telefonum onda. Milli Məclisin deputatı olan zaman onunla əlaqəm olmayıb. Sadəcə  həmkar olaraq münasibətimiz olub. Dostluq xarakteri daşıyan bir münasibət yoxdur.
Mən niə ona zəng vurmalıyam ki? O mənim oğlum yerindədir”.


Oxşar Xəbərlər

Xəbər lenti