Bakıda polis məscidləri nəzarətə götürdü

Azərbaycanda Aşura günü qeyd olunur.
Sozcu.info xəbər verir ki, modern.az-ın məlumatına görə, bu gün səhər saatlarından etibarən dini inanclı şəxslər Aşura ilə əlaqədar məscidlərə axın etməyə başlayıblar.
Bakıdakı dini ibadət ocaqlarında pandemiya qaydalarına nəzarət etmək və vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə polis əməkdaşları cəlb olunub. 
Qeyd edək ki, Məhərrəmlik ayı dünyada davam edən koronavirus bəlası ilə əlaqədar məhdudiyyətlər şəraitində keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.


Oxşar Xəbərlər

Xəbər lenti