8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bunu Trend-ə Komitənin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, məhərrəmlik ayı başlayandan etibarən monitorinqlər aparılır:"Bü günə kimi ciddi qanun pozuntuları aşkar edilməyib. Məhərrəmlik ayının sonuna qədər monitorinqlər davam edəcək. Ancaq Aşura günü Komitə xüsusi rejimdə işləyəcək”.
S.Heydərov bildirib ki, Aşura günü Komitənin əməkdaşlarından ibarət qruplar insanların kütləvi toplaşdığı ibadətgahlarda monitorinqlər aparacaqlar: "Monitoqinqlər həm Bakıda, həm də respublikanın digər ərazilərində aparılacaq. Əgər qanun pozuntuları aşkar olunarsa, qanunvericiliyə uyğun olaraq dərhal qarşısı alınacaq, həmin şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq”.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərə əsasən dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir.