Azərbaycan polisi post qurdu: İran maşınları yoxlanılır

Bu gün saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlamağa başlayıb.
 
Sozcu.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Xatırladaq ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub.
 
Eyni zamanda, bu gün məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb


Oxşar Xəbərlər

Xəbər lenti