Azərbaycanlı gənclər işğal vaxtı vandalizm qurbanı olmuş bir sıra tarixi-mədəni abidələri ziyarət ediblər

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 20-dək könüllü təşkilatının 40-a yaxın nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər çərçivəsində Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr ziyarət edib.
Sozcu.info-nun məlumatına görə, gənclərə Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrimizin işğal dövründə erməni vandalları tərəfindən dağıdılması və yenidən bərpa olunması barədə məlumatlar verilib.
Qeyd edək ki, Şuşa Qala divarlarında təmir işləri aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti