10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ATA DÖVLƏTƏ DÜŞMƏN, OĞUL “DÖVLƏTÇİLİYİ” QORUYUR?! – Azərbaycan reallığı...
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun 22 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyinə dair Baş Prokurorluğun yaydığı məlumat bir daha Azərbaycanda hələ də mövcud olan və heç cür kökü kəsilməyən korrupsiyanın, talançılığın ağılasığmaz miqyasını göstərməklə yanaşı, bir sıra başqa mətləblərə də nəzər yetirməyə əsas verir.
Məsələ ondadır ki,
2016-cı ildə
yaradılan "Azərxalça” öz miqyasına, “çəkisinə” görə dövriyyədəki büdcə vəsaitlərinin cəlb olunduğu dövlət qurumlarının siyahısında bəlkə də heç ilk 500 müəssisənin belə sırasında deyil. V.Muradov bu müəssisəyə
cəmi 4 il
rəhbərlik edib.
Özü də bu illər heç də “neft bumu”na, “qara qızıl”ın 150 dollara olduğu, yəni büdcənin aşıb-daşdığı, korrupsiyanın, talançılığın sözü əsl mənasında fontan vurduğu vaxtlara təsadüf etmir.
Ancaq buna baxmayaraq, Vidadi Muradov adlı xırda korrupsioner, “Azərxalça” kimi kiçik müəssisədən dördcə ilə
22 milyon(!) manat
vəsait oğurlamağa nail olub. Burada bir məqam da maraqlıdır ki, talanan vəsait 22 milyon olduğu halda, V.Muradovun özünün və ailə üzvlərinin üzərinə həbs qoyulan əmlakının dəyəri
30 milyondur.
Sual yaranır ki, bəs qalan 8 milyon necə və kim tərəfindən “qazanılıb”?
Həmçinin, əgər “Azərxalça” kimi müəssisədə milyonlar, on milyonlar havada uçuşubsa, görün iri müəssisələrdəki yeyinti rəqəmlərinin arxasında neçə sıfırlar olub və var...
Ancaq bu, bir tərəfdən ölkədəki talançılığın miqyasını göstərirsə, digər tərəfdən də “akulalar”la müqayisədə hər nə qədər “xırda balıq” hesab olunsa da, V.Muradovun şəxsi keyfiyyətlərini, “fitri korrupsiya istedadını”, bu dövlətə, büdcəyə, xalqın malına necə acgözlüklə, ermənidən betər düşmənçiliklə qənim kəsildiyini ortaya qoyur. Çünki kiçik bir müəssisədən 22 milyon oğurlamaq bu qurumun “sıxıb suyunu çıxarmaq”, “dibinə qədər getmək” deməkdir. Və bu ölkəyə, dövlətə, onun sərvətinə qarşı nə dərəcədə amansız, yırtıcı, qəddar münasibətdə olmalısan ki, qısa müddətdə bu miqyasda talançılığa imza ata biləsən.
Təbii ki, V.Muradovdan qat-qat iri yırtıcılar da var. Və belələri Azərbaycanın işğal olunmuş ərazilərini çapıb-talayan, daşını, dəmirini də satanlardan mahiyyət etibarilə heç nəylə fərqlənmirlər. Onlardan daha betər düşməndilər. Bu, bütün talançı məmurlara aiddir – həbsdə olanına da, olmayanına da...
V.Muradov işinin timsalında daha bir düşündürücü məqam: Azərbaycandakı idarəetməni sərt, humanizmdən uzaq hesab edənlər həbsdəki məmurların müxtəlif vəzifələrdə oturan övladlarına nəzər yetirsələr, pis olmaz...
Məsələn, elə həmin
V.Muradovun oğlu Cavid Muradov
atası vəzifədə olub milyonların dalına keçərkən, Bakı Şəhər Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsində “qanunçuluğun və dövlətçiliyin” keşiyində olub.
Prokurorluğun V.Muradovun dəhşətli korrupsiya cinayətləri ilə bağlı bəyanatından cəmi 3 həftə əvvəl – avqustun 31-də isə daxili İşlər naziri onu Sabunçu rayonuna rəis göndərib. Yəqin ki, yenə də “dövlətçiliyin” keşiyində durmaq, cinayətkarlıqla “amansız mübarizə” aparmaq üçün.
Qısası, görünən budur ki, V.Muradovun külli miqdarda dövlət vəsaitini talaması faktı onun oğlunun karyerasına təsirsiz ötüşüb. Hüquqi nöqteyi-nəzərdən, əlbəttə ki, burada qeyri-adi bir şey yoxdur. Lakin kim deyə bilər ki, həmin polis rəisi öz atasının törətdiyi cinayət əməllərindən xəbərsiz olub?
Əgər Cavid Muradov ən yaxınının, atasının əməlindən xəbərsiz olubsa (bu da mümkünsüz görünür-red.), belə qeyri-adekvat birinin hüquq-mühafizə orqanında nə işi var?! Yox, xəbəri olubsa, deməli mənəvi nöqteyi-nəzərdən bu cinayət əməllərinə ortaqlıq edib.
Əlbəttə, heç kim kimisə atasını qandallamağa məcbur etmir, ancaq bu adam doğmaca atasını cinayətdən çəkindirə bilməyibsə, ümumiyyətlə bunu edəcək qədər dövlətə, qanuna, ədalətə hörmət hissinə malik deyilsə, ölkə paytaxtının ən böyük rayonlarından birindəki saysız-hesabsız cinayətlər və cinayətkarlarla necə mübarizə apara bilər və buna
nə dərəcədə mənəvi haqqı
qalır?...
Eyni məsələ həbsdə olan və olmayan digər talançı məmurların övladlarına da aiddir. Məsələn, İmişlinin və Ağstafanın rüşvətə görə həbs olunan icra başçılarının hər ikisinin övladları prokurorluq orqanlarında çalışırlar –
biri prokuror köməkçisi, digəri isə müstəntiqdir.
Yaxud, dövlətdən taladığı milyonları ora-bura səpələyən, 3 milyonu MTN generallarında, iki milyonu sələmdə batan, amma yenə də “pula pul deməyən”
Tağı Əhmədovun oğlu
Nizami Rayon Məhkəməsinin hakimi rolunda “ədalət paylayır”.
Bəli, bəlkə də dünyada Azərbaycan qədər
“oğul ataya görə cavabdeh deyil”
prinsipinin işlədiyi ikinci ölkə yoxdur. Yəqin ki, hüquqi baxımdan belə də olmalıdır, çünki ötən əsrin 37-ci ilində yaşamırıq. Lakin məsələnin sırf hüquqi tərəfilə yanaşı mənəvi, hətta dövlətçilik maraqları tərəfi də var. Talançı məmur övladlarının hüquq-mühafizə orqanlarında vəzifə tutması xalqın həmin orqana, dolayısı ilə də dövlətə, dövlətçiliyə və idarəçiliyə inamını sarsıdır.
Yasamalda sakinləri paltarsız evdən çıxaran, bununla da əhalidə dövlətə və polisə qarşı böyük narazılıq yaradan Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğlu, Suraxanının icra başçısı Əziz Əzizovun isə kürəkəni olan polis kapitanı Şəhriyar Hüseynovun harın, qudurğan, nə milli əxlaqımıza, nə də qanunlara sığmayan davranışı bu tip adamların hansı mühitdə böyüdüklərinin, tərbiyə aldıqlarının və hansı keyfiyyətlərə malik olduqlarının bariz nümunəsidir...
Təbii ki, bu adamlar bizneslə (zatən hamısının biznesi var), elmi fəaliyyətlə, incəsənətlə və istənilən digər işlə məşğul ola bilərlər. Lakin nə qədər sərt və subyektiv yanaşma kimi görünsə də, ölkənin bütün hüquq-mühafizə orqanları mümkün qədər yüksək vəzifəli məmurların, ən azından cinayət əməlləri ifşa olunmuşların övladlarından uzaq tutulsa yaxşıdır.
Yaxınının cinayət əməlindən xəbərdar olan və bu əməllər nəticəsində qazanılan pullardan bəhrələnənlər kasıb-kusubun haqqını, dövlətin maraqlarını, hüququ, qanunu, ədaləti mühafizə edə, qoruya bilərlərmi?...
Oxşar Xəbərlər
Vidadi Muradovun elmi işi saxtadır?
“XALÇA ALTINA SÜPÜRÜLƏN” MİLYONLAR…
SABİQ NAZİR 50 MİLYON, APARATININ RƏHBƏRİ 36 MİLYON ÖDƏYİB! –Əli Abbasov həbsdən necə yayınıb?
“Rüstəm Muradovun xələfi də özü kimi olacaq“ - Siyasi şərhçi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…