DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Anım Günü ilə bağlı sürücülərə müraciət edib. 
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Sozcu.info-ya açıqlamasında bildirib ki, vətəndaşların şəhidləri ziyarət etməsi yollarda sıxlığa səbəb olub:
“Hazırda ərazidə polis yolları tənzimləyir. Sürücülərdən xahiş edirik ki, “Qurd qapısı” istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və alternativ yollardan istifadə etsinlər”.


Oxşar Xəbərlər

Xəbər lenti