Xəstəxananı özbaşına tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə koronavirus xəstələri üçün nəzərdə tutulmuş səhiyyə müəssisəsində müalicə alan Oruc Musayevin nəzarətdən yayınaraq oranı tərk etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə aktiv COVID-19 xəstəsi olan həmin şəxsin sağalmadan, qanunsuz olaraq xəstəxananı tərk etməsi və taksi ilə Zaqatalada yaşadığı ünvana gəlməsi müəyyən edilib.
O.Musayev barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.




Oxşar Xəbərlər

Xəbər lenti