Suraxanıda Vətən müharibəsi şəhidlərinin anım günü keçirilib -FOTOLAR

Bu gün, oktyabrın 16-ı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Əliyev Elvin Bəhruz oğlunun və Əsgərov Rüfət Qabil oğlunun Şəhidlik zirvəsinə ucaldıqları gündən 1 il ötür.

Vətən naminə canlarını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımız Elvin Əliyevə və Rüfət Əsgərova Allahdan rəhmət, onların ailələrinə səbr diləyirik.

Şəhid ailələrinin yanında olmaq, onlara təskinlik verərək diqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz və ən əsası vəzifəmizdir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində xüsusi diqqətdə saxlanılan şəhid ailələri Suraxanı rayon rəhbərliyi tərəfindən mütəmadi ziyarət olunur.

Oktyabrın 16-da Şəhidlərimizin anım günündə onların məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhları böyük ehtiramla yad edilmişdir. 
Sozcu.info







Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}