10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ən böyük amnistiya aktı Kimlərə şamil ediləcək?
Noyabrın 2-də Prezident İlham Əliyevin imzası ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisə daxil olub.
Həmin gün Prezidentin qərar layihəsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”a verilən xəbərə görə, iclasda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.
Milli Məclisdə müzakirələr aparılır...
Gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.
Əli Hüseynli onu da qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə - 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktıdır. Statistik təhlillərə istinadən amnistiyanın əhatə dairəsi barədə danışan Əli Hüseynli bir daha ifadə edib ki, 8 Noyabr - Zəfər Günü münasibətilə elan ediləcək amnistiya Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcək.
Sonra komitənin iclasında “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi geniş müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvləri Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Elşən Musayev, Tahir Kərimli, Nizami Səfərov sənədin humanist mahiyyətindən bəhs ediblər. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsini Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndiriblər.
İclasın yekununda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.
4 təşəbbüsün sahibi...
Xatırladaq ki, əvvəlki 4 amnistiya aktının təşəbbüskarı Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olub. 2016-cı il may ayının 20-də Milli Məclisdə keçirilən xüsusi iclasda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva indiki dövr üçün də aktual olan çıxışında deyib: “Hörmətli həmkarlar, ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq 28 May - Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edirəm.
2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm.
Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik.
Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.
Amnistiya islah meyillərini gücləndirir
Yeni amnistiya aktı ilə bağlı incəlikləri “Yeni Azərbaycan”a şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib: “Belə bir möhtəşəm gün ilə bağlı amnistiya aktının gözlənilməsi təbiidir. Ötən il prezident qələbədən sonra, 2021-ci ilin mart ayında növbəti əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 500-dən çox şəxs cəzadan azad edildi və cəzaları azaldıldı. Düşünürəm ki, bu amnistiya aktından bəzi istisnalar olmaqla hər kəsə bir pay düşə bilər. Çünki, amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da mümkündür. Bu həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini də asanlaşdıra bilər. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Nəticədə məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları pis əməllərdən çəkindirir”.
Fond rəhbəri onu da qeyd edib ki, amnistiya aktında pandemiya dövrü ilə bağlı cərimə sanksiyalarının ödənilməsi məsələsi də yer ala bilər.
Oxşar Xəbərlər
Amnistiya Aktının tətbiqi 4 ay müddətində yekunlaşdırılacaq
Əfv Komissiyasının üzvü danışdı:
Amnistiyanın kimlərə şamil ediləcəyi açıqlanıb
Prezident imzaladı - növbə MM -də! Amnistiya kimlərə şamil ediləcək?
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…