17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Donald Trampın bu həftə “Rosneft” və “Lukoil” şirkətlərinə sanksiyalar tətbiq etməsi və Vladimir Putinlə Budapeştdə keçiriləcək zirvə görüşünü ləğv etməsi Kremli təşvişə salıb.
Sozcu.info xəbər verir ki, Kreml təcili olaraq Ukrayna üzrə əsas danışıqçısını – Kirill Dmitriyevi ABŞ-yə göndərib. CNN-in məsələ ilə tanış mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev cümə günü Vaşinqtona gəlib.
CNN-in mənbəyi nəşrə bildirib ki, Putinin qızı Yekaterina Tixonovanın yaxın rəfiqəsi ilə evli olan Dmitriyev "Rusiya-Amerika münasibətlərinin gələcəyini müzakirə etmək" üçün Tramp administrasiyasının rəsmiləri ilə danışıqlar aparacaq. Dmitriyevin Vaşinqtona səfəri RİA Novosti tərəfindən də təsdiqlənib.
AzPolitika.info