İlkin Süleymanovun vəkili saxlanıldı


Gəncədə tanınmış vəkil saxlanılıb.

Sozcu.info APA-ya istinadla xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, xuliqanlıqda ittiham olunur.

Onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək, ona xəsarət yetirdiyi iddia olunur.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.



Oxşar Xəbərlər

Xəbər lenti