Elman Rüstəmov vəzifədən getdi - Yeni təyinat

Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.
Sozcu.info-un məlumatına görə, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
İclasda AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Elman Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.
Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiblər.
Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.
Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.


Oxşar Xəbərlər

Xəbər lenti