8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mordoviya muxtar respublikasının xalq şairi Petenka Rukastıy Telman İsmayılovun çoxsaylı sifarişli qətllərdə ittiham olunmasına şer həsr edib. Şer "Qanlı sərvət haqqında” adlanır. Həmin şerin məzmunu təqdim edirik. Redaksiyamızın bədii tərcümə imkanları məhduddur və yəqin ki, oxucular şerin azərbaycancaya tərcüməsinin bədii baxımdan yüksək səviyyədə olmamasını anlayışla qarşılayarlar:
Hardandır səndə bu "oduncuqlar”, mosye İsmayılov?
Qorxunc deyilmi jileti qanla doldurmaq?
Gecələr yuxuna təzə qəbirlər girmir?
Türkiyədəki oteldə skeletlər dolaşmır?
Susur. Yoxa çıxıb.
Kupyurları sayır,
Pis tüpürcəyi qızılın üstünə axır...
Cəhənnəmdə artıq prosedurları yazıblar,
Onunla görüşə Şeytan özü hazırlaşır.
Sağlığında burjuyun xirtəyindən yapışacaqlarmı?
Sual maraqlıdır, şans böyük deyil.
Ölkəni talayıblar, və heç kimin tükü tərpənmir,
Hətta xalq zorakılığa vərdiş edib.
Varlı boşboğaz jurnalisti deşir,
Və yumruqla sifətini dağıdır,
Polis utancaqcasına gözlərini yana çevirir,
Boşboğaz axı sayılıb-seçiləndir, atasına görə dantistdir.
Bizə öz "çerkizonlarımı” da bəs edər,
Kimlərinsə qanı üzərində saraylar ucalır.
Etiraf edin, yexidnalar!
Sizin yeriniz türmədir!
Yoxsa dalınızca ölülər gələcək.