10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Jurnalistlərin mənzil savaşı: Eynulla Fətullayev Prezident Administrasiyasına məktub göndərdi
Jurnalistlər üçün tikilən yeni binadakı mənzillərin paylanacağı günə lap az vaxt qalıb. Görünür bu səbəbdəndir ki, həmin məsələ ətrafında müzakirələr günü-gündən qızışır və kəskinləşir. Əvəz Zeynallının məlum siyahısından sonra isə bu virtual debatlar daha açıq və aqressiv xarakter alıb. Ən qəribəsi də odur ki, mübahisələrin əsas iştirakçıları məhz jurnalistlər özləri və jurnalist təşkilatlarının nümayəndələridir. Nə baş verir?
Ovqat.com bu sualla veteran jurnalist, virtulaz.org saytının informasiya redaktoru Rusvat Bayramova müraciət edib. Xatırladaq ki, Əvəz Zeynallının böyük səs-küyə səbəb olmuş siyahısında onun da adı var.
İlk öncə siyahı məsələsinə aydınlıq gətirən R.Bayramov bildirib ki, onun əvvəlcə bundan xəbəri olmayıb: "Sonradan öyrəndim ki, mənim adım ora tanınmış jurnalist və şair, sizin saytınızın baş redaktoru Heydər Oğuzun facebook-da yazdığı bir statusdan sonra salınıb. Heydər bəyə təşəkkür edirəm. O mənim 6 nəfər ailə üzvümlə birlikdə necə darısqal şəraitdə yaşadığımı bilir və yəqin ki, buna görə, necə deyərlər, canıyananlıq etmək istəyib. Amma ehtiyac yox idi.
Əvvəla, mən respublikada kifayət qədər nüfuzu, geniş oxucu auditoriyası və ictimai fikrin formalaşmasında xüsusi rolu olan virtualaz.org saytının informasiya redaktoruyam. Yəni ehtiyac duysaydım, özüm nəsə yazardım.
İkincisi, mən ümumiyyətlə bu cür - daha çox ajiotaj yaratmağa hesablanan hansısa siyahıların əleyhinəyəm.
Üçüncüsü də, mən öz namizədliyimi fərdi qaydada həmin siyahıdan xeyli əvvəl irəli sürmüş və sənədlərimi müvafiq komissiyaya təqdim etmişəm. Və bəzilərindən fərqli olaraq istər həmin komissiyanın sədri Vüqar Səfərlinin və komissiya üzvlərinin, istərsə də Prezident Administrasiyasında bu işə nəzarət edən hörmətli Əli Həsənovun və onun əməkdaşlarının obyektivliyinə şübhə etməyə əsasım yoxdur. Ən azı hələlik. Ona görə də inanmaq istəyirəm ki, mənzillər həqiqətən də ehtiyacı olanlara və haqqı çatanlara veriləcək.
Yeri gəlmişkən, saytımızın təsisçisi Eynulla Fətullayev də mənimlə bağlı həm Prezident Administrasiyasına, həm KİVDF-yə və onun icraçı direktoruna, həm də Mətbuat Şurasının sədri Əflatun Amaşova təqdimat məktubu yazıb. Ümid edirəm ki, müvafiq siyahı müəyyənləşdirilərkən bu təqdimatlar da nəzərə alınacaq".
Mənzil bölgüsü ətrafında yaranmış ajiotaja gəlincə, R.Bayramov xatırladıb ki, ortada iki tərəf var: "Bu təşəbbüsü irəli sürənlər, dəstəkləyənlər, reallaşdıranlar və daha da inkişaf etdirmək istəyənlər; bir də ona qarşı çıxanlar, "dövlət niyə jurnalistlərə ev verməlidir ki?!" deyib, bunun jurnalistlərin ələ alınması, fəaliyyətlərinin buxovlanması üçün bir vasitə olduğunu iddia edənlər, öz aləmlərində daha obyektiv olduqlarını göstərmək istəyənlər.
Arqumentləri nədir?
Birinci tərəf bildirir ki, bir neçə il əvvəl dövlətdən nə istədiklərini dilə gətiriblər, mənzil problemlərinin həll olunmasına köməklik göstərilməsini xahiş ediblər. Çünki belə düşünüblər ki, bu, jurnalistlərin haqqıdır. Fikirləşiblər ki, dövlət hər bir vətəndaşı kimi jurnalistlərinə də sahib çıxmalıdır. Təşəbbüs diqqət çəkib, başqa jurnalist təşkilatlarının dəstəyini qazanıb, Mətbuat Şurası işə qarışıb və dövlət reaksiya verib. Başqa sözlə, möhtərəm Prezident və dövlətin müxtəlif icra, idarəetmə qollarında işləyənlər bu təklifi nəzərə alaraq onun reallaşdırılması istiqamətində konkret işlər görüblər. Nəticədə ilk dəfə 155 jurnalist ailəsi mənzil alıb, indi isə bu şansdan daha 255 ailə yararlana biləcək. Təbii ki, müəyyən edilmiş qayda və şərtlər çərçivəsində. Hesab edirlər ki, bu çox müsbət təcrübədir və ən azı buna görə təqdir olunmalıdır.
İkinci tərəf bununla razılaşmır. Bildirir ki, hakimiyyət bu yolla jurnalistləri ələ almaq, onları susdurmaq, bir növ öz yanında gözükölgəli etmək istəyir. Onların iddiasınca, ən yaxşısı, jurnalistlərə və jurnalist təşkilatlarına tam iqtisadi azadlıq və dəstək vermək olardı. Onda onlar mənzil problemlərini özləri çözərdilər.
Bir də, onlar iddia edirlər ki, mənzil alacaq şəxslərin siyahısı tərtib olunarkən obyektivliyə əməl olunacağına əmin deyillər.
Təbii, qarşı-birinci tərəf də bu arqumentlərin heç birini yaxına buraxmır. Deyilənləri onların fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirir. Bu da başadüşüləndir. Ən azı müxtəlif şübhələrin, iddiaların məhz indi, bu cür həssas məqamda ortaya atılması doğrudan da müəyyən suallar yaradır.
Yeri gəlmişkən, bəzi məqamlarla şəxsən mən də razı deyiləm. O cümlədən məlum siyahı ilə də. Bəlli olduğu kimi, müvafiq komissiya namizədlərin irəli sürülməsi üçün konkret şərtlər və tələblər müəyyənləşdirib və elan edib. Siyahıya ötəri nəzər salmaq kifayətdir ki, həmin şərtlərin nəzərə alınmadığını dərhal görəsən. Konkret mənim adıma gəlincə, orada heç harada işlədiyim belə qeyd olunmayıb. Mən hələ başqa məqamları demirəm... Razılaşmadığım ikinci məqam jurnalistlərin ələ alınması barədə deyilənlərlə bağlıdır. Dövİət ilk binada məskunlaşma olandan sonra aradan keçən illər ərzində mənzil alanlardan hansı birinin işinə müdaxilə edib və ya siyasi seçimlərində "korrektə" aparmasını istəyib? Həmin iddianı irəli sürənlər ortaya çox yox, heç olmasa bircə fakt qoya bilərlərmi? Şəxsən mən daim xəbərlərin içərisində olsam da indiyədək bu barədə heç nə eşitməmişəm və oxumamışam.
Üçüncüsü, onların dediyinə inansaq, hakimiyyət həmin mənzilləri, necə deyərlər, özününkülərə verir. Qəribədir, elədirsə, onda hakimiyyət onları təzədən niyə ələ almalıdır ki?! Məgər həmin məntiqlə çıxış etsək, mənzillərin müxalifət mətbuatının təmsilçilərinə verilməsi daha düzgün olmazdımı? Qaldı ümumiyyətlə "hökumət jurnalistlərə niyə ev tikməlidir ki?!" məsələsi, Müşfiq Ələsgərli düz deyir: "Heç bir ölkədə "medianı susdurmaq üçün ev tikib jurnalistlərə qarşılıqsız verilməsi praktikası” yoxdur. Media azadlığını boğan ölkələrdə jurnalistlər üçün "Ev tikmirlər”, jurnalistin "Evini yıxırlar”.
Bizdə isə, gördüyünüz kimi, bunun tam əksidir.
Daha bir vacib məqam. Azərbaycan onsuz da azad bazar iqtisadiyyatına keçmiş ölkədir. Burada artıq hər şeyi tələb və təklif həll edir. Azərbaycan dövlətinin vəzifəsi, ekspertlərin də dediyi kimi, sadəcə bu bazarda müəyyən olunmuş qaydaların pozulmasının qarşısını almaqdır. Başqa sözlə, Azərbaycan rəhbərliyi dünyanın bir çox ölkələri üçün hələ də xəyal kimi görünə biləcək şərait yaradıb ki, istənilən şəxs jurnalistika ilə sərbəst məşğul ola bilsin. Ölkədə artıq neçə illərdir ki, heç bir formada senzura tətbiq edilmir. Kütləvi informasiya fəaliyyəti lisenziyalaşdırılmır (TV və Radio istisna olmaqla). Yəni istedadı, bacarığı olan istənilən şəxs jurnalistlik fəaliyyəti ilə məşğul ola bilir. Belə vəziyyətdə kim daha keyfiyyətli və yüksək tələblərə cavab verən məhsul/fəaliyyət təklif edirsə, o da çox qazanır. Artıq ortada konkret təcrübə və faktlar da var. Amma hətta bu halda da, kimin nə deməsindən və nə cür şərait yaradılmasından asılı olmayaraq, dövlətin dəstəyi olmadan jurnalistlərin mənzil şəraitinin kütləvi şəkildə yaxşılaşdırılması real deyil.
Siyahının ədalətlə tərtib olunacağı ilə bağlı narahatlığa və şübhələrə gəlincə, heç nəyi istisna etmək olmaz. Amma fərdi müraciətləri istisna etməklə, bunun artıq nə müvafiq komissiyaya, nə də binanı tikdirənlərə və onu böləcək şəxslərə heç bir aidiyyəti yoxdur. Bu işin məsuliyyəti namizədləri müəyyənləşdirənlərin, yəni redaksiyaların üzərinə düşür. Komissiya yalnız rəsmi sənədlər və təqdimatlarla işləyir.
Qaldı fərdi müraciətlər, bəli, burada əsas məsuliyyəti həmin komissiya daşıyır. Amma burada da qəliz bir şey yoxdur. Yetər ki, necə deyərlər, mizan-tərəzi gözlənilsin. Onda heç indiki özünüsığorta, təmizəçıxarma çabalarına da ehtiyac qalmaz.
Bu baxımdan hesab edirəm ki, hökumətin media siyasətini yürüdənlərin və haqqında söhbət gedən komissiya üzvlərinin deyilənlərdən narahat olmalarına, onlara, eləcə də bu tip siyahılara kəskin, bəzən isə hətta əsəbi reaksiya vermələrinə lüzum yoxdur. Onların bütün şübhə və ittihamlara ən yaxşı cavabları ortaya özlərinin mükəmməl və ədalətli siyahı qoymaları ola bilər. Nəzərə alsaq ki, bu məsələnin ən yüksək səviyyədə və çox ciddi nəzarətdə olduğu söylənilir, deməli, bunun məhz belə olacağına ümid etmək olar.
Bütövlükdə isə bütün əks fikirlərə baxmayaraq, hesab edirəm ki, bu təcrübə davam etdirilməlidir. Çünki son nəticədə bundan ən çox qazanan jurnalistlər və onların ailə üzvləridir. Zatən bu təşəbbüsün əsas məqsədi də elə başlanğıcdan məhz bu olub".
Ovqat.com E.Fətullayevin Prezident Administrasiyasına göndərdiyi məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənova
Hörmətli Əli müəllim!
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Bayıl qəsəbəsi ərazisində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci çoxmənzilli yaşayış binasında mənzillərin nə vaxt və hansı şərtlərlə paylanacağı barədə açıqlama verilib.
Həmin şərtlərin birində göstərilir ki, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.
Məhz bunu nəzərə alaraq Sizə belə veteran jurnalistlərdən biri ilə bağlı təqdimat vermək istəyirəm. Söhbət təsisçisi olduğum virtualaz.org saytının informasiya redaktoru, 1980-ci illərdən başlayaraq mətbuat sahəsində məsuliyyətlə və fədakarlıqla çalışan, peşəkarlığı və redaktorluq qabiliyyəti hamı tərəfindən etiraf və qəbul olunan Rusvat Mikayıl oğlu Bayramovdan gedir.
Məlumat üçün xatırladım ki, R.Bayramov 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sovet dövründə "Azərbaycan gəncləri”, "Kommunist” (indiki "Xalq qəzeti”), müstəqillik dönəmində "Həyat”, "Azərbaycan”, "Respublika”, "Gündəlik Azərbaycan”, "Senzor”, "Unikal” və s. qəzetlərdə müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini və baş redaktor vəzifələrində işləyib.
Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyasında mətbuat və informasiya məsələləri üzrə sədr müavini olub.
1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur.
Rusvat Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində də əvəzsiz rolu var. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Rusvat Bayramov Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Dan ulduzu” (1992), "Qızıl qələm” (1993) mükafatları, "Kamil sənətkar” diplomu və Fəxri fərmanlarla təltif olunub.
Virtualaz.org saytı yaranandan (iyun, 2013-cü il) onun informasiya redaktorudur. Həmişə olduğu kimi, bu gün də Azərbaycan həqiqətlərinin oxuculara çatdırılması, milli jurnalistikamızın inkişafı və gənc kadrların peşəkar kimi yetişdirilməsi üçün yorulmadan, əzmlə çalışır.
Bütün bu göstərilənləri, həm də özünün şəxsi mənzili olmadığını, 6 nəfər ailə üzvü ilə birlikdə darısqal bir mənzildə yaşamaq məcburiyyətində qaldığını nəzərə alaraq haqqında söhbət gedən binadan mənzil alacaq veteran jurnalistlərin siyahısına Rusvat Mikayıl oğlu Bayramovun da adının salınmasına dəstək verməyinizi (Məndə olan məlumata görə, bütün zəruri sənədləri toplayaraq fərdi qaydada o özü də Komissiyaya müraciət ünvanlayıb) xahiş edirəm.
Hörmətlə: Eynulla Fətullayev,
"İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri,
virtualaz.org saytının təsisçisi
"
Oxşar Xəbərlər
Əflatun Amaşov:“Mənzillər Prezident Administrasiyası tərəfindən müəyyən edilmiş jurnalistlərə veriləcək”
Jurnalistikada "Cəzasızlığa qarşı Beynəlxalq Gün" kampaniyası keçirilir
"Arif Hacılının bu sözləri mənim şərhimə layiq deyil..."
Həbs edilən “MTN”çilərlə işbirliyində olan “jurnalistlər”in siyahısı hazırlanır
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…