8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun Bakı Metropoliteninin eks rəhbəri Tağı Əhmədovun mülkləri barədə verdiyi açıqlama və siyahı gündəmin əsas mövzularındandır.
A.Çovdarovun oğlu Ruslan Çovdarov musavat.com-a açıqlamasında atasının bu sensasion çıxışı barədə sualları cavablandırəb. Deyib ki, atasını heç kim belə bir çıxış etməyə vadar etməyib: "Nə vadar eləyəsidi ki? Həqiqətləri danışmaq üçün kiminsə, nəyinsə onu vadar etməyinə ehtiyac yoxdur”.
R.Çovdarov bildirib ki, atasının bu siyahını açıqlaması tamamən məntiqli addımdır: "Gəlib iftira atan birisi bilməlidi ki, onu barəsində həqiqətlər ortaya çıxa bilər, məncə. İkincisi də bu adamlar uzun müddət xüsusi xidmət orqanlarında çalışıblar. Tağı müəllim bir qırağa, hamı haqqında məlumatları ola bilər. Məncə, bu, normal bir şeydir. Çünki işləri bu olub”.
R.Çovdarov T.Əhmədov və onun həyat yoldaşının bu siyahını inkar etməsinə də münasibət bildirib: "Yox, deyəcəkdi ki, doğrudur? O sualı ona verən jurnalist nə düşünürdü? Mənə maraqlıdır”.
Müsahibimiz sonda atasının məlum çıxışından sonra hər hansı təhdid almadığını, narahatçılıq keçirmədiyini vurğulayıb.