Dünən, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
qatılmaması isə həm rəsmi status, həm də regional güclərin onu tanımaması ilə bağlıdır. Ərəb dövlətlərinin bir qismi HƏMAS-ı Fələstin xalqının təmsilçisi kimi qəbul etməməklə yanaşı, onu danışıqlar masasına oturtmaq da istəmir. Çünki bu, həm Qərblə münasibətləri zədələyə bilər, həm də Fələstin daxilində siyasi parçalanmanı rəsmiləşdirər. Digər tərəfdən, HƏMAS-ın iştirakı İsrail tərəfindən qəbul edilməz olardı və bu, danışıqları daha da çətinləşdirərdi. Ona görə də təşkilatın yerinə Fələstin Prezidenti Mahmud Abbas sammitdə iştirak etdi.
Təəssüf ki, İsrailin Şarm əl-Şeyx razılaşmasından sonra Qəzza cəbhəsində müəyyən dərəcədə geri çəkilməsi birbaşa hərbi məğlubiyyət və ya təzyiq qarşısında geri addım atması kimi başa düşüldü. Halbuki bu, daha çox strateji fasilə kimi şərh edilməlidir. Sözügedən geri çəkilmə əslində Vaşinqtonun koordinasiyasında atılan bir addım olmaqla yanaşı, İsrailə yeni geosiyasi imtiyazlar və dəstək paketləri qazandırmaq üçün hazırlanmış çoxgedişli diplomatik oyunun parçasıdır.
İsrail uzunmüddətli perspektivdə İranı əsas təhlükə olaraq görür və bu təhlükəni regional səviyyədə neytrallaşdırmaq üçün Qəzzadakı situasiyadan həssas platforma kimi istifadə edir. HƏMAS-ın İranla əlaqələri, təşkilata raket sistemlərinin Tehrandan gəlməsi və “müqavimət cəbhəsi”nin arxasında məhz İranın dayanması bunu təsdiqləyir. Belə olan halda, İsrail Qəzzada yaratdığı gərginliyi İrana qarşı legitim hərbi-siyasi mövqe formalaşdırmaq üçün istifadə edir. Yəni özünün müdafiə haqlarını yalnız Qəzzada yox, Tehrana qədər uzatmaq niyyətindədir.
ABŞ isə bu mərhələdə açıq şəkildə hərbi əməliyyatlara qoşulmasa da, İranla bağlı sanksiyaların gücləndirilməsi, diplomatik təzyiqlərin artırılması və müəyyən hallarda lokal zərbələrin “yaşıl işıqla” həyata keçirilməsi istiqamətində İsraillə razılaşma əldə etmiş ola bilər. Bu tip qarşılıqlı güzəştlərin Vaşinqtonun Təl-Əvivi müvəqqəti atəşkəsə razı salmasının əvəzində gündəmə gəlməsi gözləniləndir.
Bu ssenaridə İsrail növbəti mərhələdə İranın hərbi obyektlərini, xüsusilə raket anbarlarını, hərbi təlim düşərgələrini və ya bundan öncə vura bilmədiyi nüvə infrastrukturlarını hədəf ala bilər. Təbii ki, bu, birbaşa və genişmiqyaslı müharibə anlamına gəlmir, amma lokallaşdırılmış zərbələr və sərhədyanı gərginliyin alovlanması ehtimalı yüksəkdir. Hədəf isə sadədir: İranı cavab verməyə məcbur etmək, sonra isə bunu əsas gətirib daha ciddi qarşılıq vermək — yəni genişləndirilmiş əməliyyatlara zəmin yaratmaq.
Nəticə olaraq, İsrail Qəzzadan tam çəkilməklə deyil, daha böyük qarşıdurmaya siyasi və hərbi zəmin hazırlamaqla diplomatik mübarizəni növbəti mərhələyə keçirir. Bu mərhələdə əsas hədəf isə heç şübhəsiz İrandır.
Turan Rzayev