"MAGNA TRANS”ın səhmdarları arasında qalmaqal – Şərikləri Qarabağ qazisin payına “göz dikib”...


Son vaxtlar biznes şərikləri arasında baş verən qalmaqallar səbəbindən, Azərbaycanda ortaq iş qurmaq, səhm almaq böyük risk tələb edir. Biznes sahəsindəki bu özaşınalıqlara görə səhm sahibləri böyük problemlərlə üzləşirlər.

Belə bir problemə üzləşənlərdən biri də, “MAGNA TRANS” MMC-nin həmtəsisçisi, Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi qazisi, III qrup müharibə əlili Ağasəf İslam oğlu İsmayılovdur.

A.İsmayılovun şərikləri əvvəlcədən qurduqları iyrənc planlarla MMC-də həyata keçirilən bütün işlərdən onu kənarlaşdırdırmaq istəyiblər.

Hurriyyet.az iş adamı A.İsmayılovun şəriklərinin qanunsuz əməllərini ifşa edən məqaləni “Araz.az”-a istinadla kiçik ixtisarla təqdim edir:

“Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, əlil müharibə iştirakçısı Ağasəf İsmayılov 2010-cu ildə yarım milyon dollara yaxın səhm qoyaraq, iş adamları Bürhan Əhməd oğlu Həmidov və Namiq Gülosman oğlu Hacıyevlə şərikli, “MAGNA TRANS” şirkətini təsis ediblər.

Həmin vaxtdan bu MMC, 79 ədəd müxtəlif markalı avtobuslarla, 113, 208, 209, 213 saylı şəhərdaxili, həmçinin iritutumlu reys avtobuslarıyla Bakı-Lənkəran-Bakı və Bakı- Astara-Bakı bölgələrarası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub.

Çox keçməmiş MMC-nin işinin yüksək səviyyədə getməsi, bu biznes sahəsinin pul gətirən sahə olması, pula həris digər iki yaxın qohum - yeznə-qayın həmtəsisçi şərikləri olduqca şirnikləndirib. Elə həmi vaxtdan səhmdarlar Ağasəf İsmayılovu bu işdən uzaqlaşdırmaq üçün, xüsusi planlar düşünüblər.

Onlar bu planlarını işə salaraq, həmtəsisçi və səhmdar olan Ağasəf İsmayılovu MMC-yə nəzarətdən kənarlaşdırıblar. Aralarındakı əvvəlki xoş və səmimi münasibətə görə, şəriklərinə inam və etibarı da güclü olduğundan, şirkətin yaradılmasının əsas təşəbbüsçüsü olan Ağasəf İsmayılovun, MMC-nin işinə nəzarət heç yadına da düşməyib.

Digər təsisçi Bürhan Həmidov, MMC-nin bütün təsərrüffat işlərini öz bildiyi kimi aparıb. Bütün işlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və MMC-nin Nizamnaməsinə uyğun təşkil etməyib. Ağasəf İsmayılov bundan xəbər tutduq da bütün bu qanunsuz əməllərin qarşısını almaq üçün çox gec olub. Çünki həmin vaxt Bürhan Həmidovun Ağasəf İsmayılovun ona olan etibarından və onun MMC-nin fəaliyyətinə nəzarət edə bilməməsindən sui-istifadə etməklə, eyni paya malik olduqları, dəyəri milyonlarla manat məbləğlə qiymətləmdirilən MMC əmlaklarını satdığı ortaya çıxıb. Hətta “MAGNA TRANS”a aid marşrutlardan birini, avtobusları qarışıq satıb. Bundan əlavə digər qanunazidd üsüllarla, marşrut avtobuslarını özgəninkiləşdirib, son illər ərzində sərnişindaşımadan nəğd yolla gündəlik yığılan külli miqdarda pulu qanunla tələb olunan rəsmi hesabatlardan gizləyərək mənimsəyib.

Onların bu qanunsuz işlərdə ən yaxın köməkçiləri isə Bürhan Həmidovun özünün ətrafında yaratdığı və bu günədək başçılıq etdiyi dəstənin üzvləri olub.

Ümumiyyətlə, Bürhan Həmidovun özünün təşkil etdiyi, Mirzahid Ağayev,Taleh İmanov, Namiq Hacıyev, Ramil Xəlilov, Rüfət, Anar, Cavid, Səməd və İsmayıl adlı şəxslərdən ibarət bu mütəşəkkil dəstə uzun müddətdir Bakı şəhərində 113, 208, 209, 213 saylı şəhərdaxili marşrut xətlərində xidmət göstərən avtobusları qanunsuz yolla öz nəzarətlərinə götürüblər.

Onlar tərəfindən sərnişin daşımadan nəğd yolla yığılan məbləğ Cavid, Səməd və İsmayıl adlı şəxslər tərəfindən sürücülərdən toplanılaraq, Anar Məmmədova təhvil verilir. O da öz növbəsində həmin pulları Bürhan Həmidova çatdırır. Sonda isə bu dəstənin hər bir üzvü özünün göstərdiyi “xidməti” müqabilində haqqını alır.

Qeyd edək ki, Bürhan Həmidov, “MAGNA TRANS” MMC-nin fəaliyyətini qanunsuz yolla tam ələ keçirib. Bu yolla külli miqdarda pul vəsaitini xeyli müddətdir ki, mənimsəməklə məşğuldur. Bürhan Həmidovun başçılıq etdiyi mütəşəkkil dəstənin qanunazidd əməllərinin nəticəsində sahibkar Ağasəf İsmayılova maddi və mənəvi ziyan vurulur. Bununla bərabər, külli miqdarda məbləğ - müvafiq hesabatlardan gizlədilən pul vəsaiti büdcəyə ödənilmir. Bu isə yenicə müharibədən çıxmış dövlətin iqtisadiyyatına əhəmiyyətli zərbə kimi qiymətləndirilməlidir. Bir sözlə, bu dəstənin, belə qanunazidd əməllərini bu gün də davam etdirməsi olduqca təhlükəlidir.

Bərabər paylarda şərik olduqları “MAGNA TRANS” MMC-nin Ağasəf İsmayılovdan başqa digər iki təmsilçiləri - Bürhan Həmidovla Namiq Hacıyev yeznə-qayındırlar. Məhz buna görə də, hər bir işə rəhbərliyi faktiki olaraq, Bürhan Həmidov edir. Bundan başqa, MMC-nin qanuni təmsilçisi direktoru kimi işə götürülən Mirzahid Ağayev də Bürhan Həmidovun təyin etdiyi şəxsdir və onun da fəaliyyəti tam formal xarakter daşıyır. Faktiki olaraq, bütün işlərdə yenə söz sahibi olan, göstərişi verən məhz Bürhan Həmidovdur.

Ağasəf İsmayılov həmtəsisçi, böyük həcmdə səhm və pay sahibi kimi, bu qanunazidd əməlləri araşdırmaq məqsədi ilə, MMC-nin direktoru Mirzahid Ağayevdən izahat tələb edib. O, bu barədə məlumatı olmadığını deyərək, hər bir məsələnin Bürhan Həmidov tərəfindən həll edildiyini bildirib.

Ortada olan külli miqdarda yeyinti faktlarına görə, Ağasəf İsmayılovun xəbərdarlıqlarından qorxuya düşdüyü üçün, işdən çıxmaq barədə ərizə yazdığını da deyir. Bir sözlə, direktor Mirzahid Ağayev burada törədilən heç nədən xəbəri olmadığını bildirib. Hətta, o, işdən azad olunması üçün yazdığı ərizəsində göstərib ki, vəzifə başında 10 il olması formal xarakter daşıyıb. Guya, elə buna görə də, o, bu işin müqabilində, indiyədək, 1 manat da olsa maaş almayıb.

Ümumiyyətlə, indiyədək, Bürhan Həmidov Ağasəf İsmayılovla heç bir danışığa gəlmək istəməyib. Fakitiki olaraq, o, indiyə kimi edilən bütün görüş təkliflərini qəbul etməyib. Bütün bunlar azmış kimi, telefon zənglərinə belə cavab verməyib.

Ağasəf İsmayılov isə, şərikləri Bürhan Həmidovla və Namıq Hacıyevlə xoş münasibətlərə heç vaxt son qoymaq istəməyib. Lakin məcburiyyətdən aidiyyatı qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etməli olub. Ancaq nə şəriklərinin əməlləri ilə bağlı, nə də ətrafında baş verən qalmaqallardan sonra iflasa gedən biznesini qurtarmaq istiqamətində heç nəyə nail ola bilməyib.

Külli miqdarda pulunu xərcləyərək, özünə iş quran Qarabağ müharibəsi qazisi, "başına oyun açan” şərikləri ilə bacarmır. Böyüki ziyana düsən iş adamı isə, nə edəcəyini bilmir. Çünki başına gətirilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına yazdığı şikayətlər indiyədək heç bir nəticə verməyib...

Yeri gəlmişkən, onu da qeyd edək ki, Burhan Həmidovun çəkinmədən belə qanunsuz hərəkətlər etməsini səbəbi kimi onun ölkənin sabiq Baş prokuroru Zahid Qaralova yaxın olması göstərilir. Uzun zaman sabiq Baş prokurora aid olduğu deyilən "Akkord" şirkətində rəhbər vəzifələrdə olması da bununla bağlanır. Bürhan Həmidov bizneslə məşğul olmağa da “Akkord" şirkətinin rəhbərliyindən azad edildikdən sonra qərar verib.

Ancaq Zakir Qaralovun himayəsində qalıb. Məhz onun keçmiş statusuna və hazırkı əlaqələrinə güvənərək, şəriki Ağasəf İsmayılovu məhkəməyə verəcəyi, hətta aralarında rəsmi şəkildə bağlanan müqaviləni və digər çoxsaylı sənədləri belə ləğv etdirəcəyi, bu vaxta qədər ona ödənilən məbləği belə geri tələb edəcəyinə dair hədə-qorxu gəliba, təhdid edib. Ağasəf İsmayılovun bu qanunsuzluqlarla bağlı müraciətləri isə hələlik cavabsız qalıb”.

Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə də hazırıq.azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti