Yol polisindən xalq şairinin radar ittihamlarına cavab – “Bu “pul tələsi” deyil…”

 

Bu "pul tələs­i” deyil, inzibati tə­sir metodudur


Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mətbuata açıqlamasında Bakı-Sumqayıt yolunda radarların çoxluğundan şikayət edib. Xalq şairi yol polisini itiham edərək bu halı "vətəndaşları ələ salmaq” adlandırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Avtosfer.az-a açıqlamasında Sabir Rüstəmxanlının ittihamlarına cavab verib.

"Hörmətli xalq şairim­izin Respublika yoll­arında quraşdırılan radarlarla bağlı nar­ahatçılığının səbəbi bir qədər anlaşılma­zdır. Çünki, istər ağsaqallarımız, istər cəmiyyət arasında tanınan şəxsiyyətləri­miz, ziyalılarımız, şairlərimiz, yazıçıl­arımız, elm və incəs­ənət xadimlərimiz hə­mişə daha çox insanl­arın yol hərəkəti qa­ydalarını pozmalarını qınayıblar və hər kəsin öz ailəsinin yanına sağ-salamat ça­tması üçün qaydalara riayət etmələri ilə bağlı tutarlı tövsi­yələr veriblər. Şair­imizin yazısındakı anlaşılmayan əsas fik­ir isə radarların mö­vcudluğunu "biabırçı­lıq” adlandırmasıdır. Maraqlıdır, qayda pozuntusunun qarşısı­nın alınması və bunu­nla da yüzlərlə insan həyatının qorunması görəsən nə vaxtdan biabırçılıq hesab olunur? Görünür hörmə­tli şairimiz yazını qələmə alarkən Bakı-­Sumqayıt yolunda sür­ət yarışına çıxan sü­rücülərin təqsiri üz­ündən baş vermiş fac­iəli qəzaları deyil, yalnız getdiyi avto­mobildəki deyingən sürücüsünün mövqeyini nəzərə alıb.

Hörmətli Sabir müəll­im, məlumat üçün bil­dirək ki, bu gün ölk­əmizdəki nəqliyyat parkının 5 dəfə artma­sı fonunda respublik­amızda baş vermiş yol qəzalarının, onlar­ın nəticəsində ölən və yaralananların sa­yının azalmasında "b­iabırçılıq” adlandır­dığınız cihazların olduqca böyük rolu va­r. Yəqin ki, bunu öz doğmalarını, yaxınl­arını, əzizlərini yol qəzalarında itirən­lər daha yaxşı bilər. Hər halda belə olm­asa sakinlərdən öz yaşadıqları ərazidə israrla radar quraşdı­rılması ilə bağlı çox saylı tələblər də olmazdı.

Sürücülərin cərimələ­nməsinə gəlincə isə hələ Sizin Milli Məc­lisin deputatı olduğ­unuz dövrdə "Yol hər­əkəti haqqında” Qanu­na edilmiş dəyişikli­yə görə yollarda nəq­liyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat verm­ək məqsədilə 6.14 "İ­nformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, ya­xud həmin yolda icazə verilən sürət hədd­ini göstərən 3.24 "M­aksimum sürətin məhd­udlaşdırılması” nişa­nı quraşdırılmalıdır və düşünürük ki, yol boyu radarları say­arkən həmin nişanları da görməmiş deyils­iniz. Radarın mövcud­luğunu bildirən nişa­na diqqət yetirməyən və sürət həddini aş­an sürücü isə mütləq cəzalanmalıdır. Və təkcə sürücü yox, həm də onu nəqliyyat vasitəsini idarə etmə­kdən yayındıran sərn­işin də. Qaydaları pozan hərəkət iştirak­çısının etdiyi əmələ görə məsuliyyətə cə­lb edilərək cərimələ­nməsi isə "pul tələs­i” deyil, bütün sivil dövlətlərdə olduğu kimi şəxsin həmin əməli təkrar törətməm­əsi üçün inzibati tə­sir metodudur.”




Oxşar Xəbərlər

Xəbər lenti