8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mövlud İşık: “Şərəfsiz, dinsiz, azğın, qudurmuş radikal dəstə üzvlərinə ən ağır cəza verilməsini istəyirik”
“Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı Azərbaycan bayrağının çıxarılıb yerə atılması ən böyük şərəfsizlikdir”.
Sozcu.info xəbər verir ki, bunu Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini Mövlud İşık bildirib.
Mövlud İşik daha sonra əlavə edib: “Üçrəngli dövlət bayrağımıza qarşı edilən bu vəhşiliyi və hücumu Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi olaraq qınayır, şərəfsiz, dinsiz, azğın, qudurmuş bu radikal dəstə üzvlərinə isə ən ağır cəza verilməsini istəyirik.
Bayrağımız bizim mənliyimiz, şərəfimizdir!”.