Rasim Məmmədovun məhkəməsində YENİ FAKTLAR AÇILDI - "85 milyon manatdan kod adlar altında kimə nə qədər verilib, hamısı var"

2013-cü ildə “Azeri Steel”ə eyni vəzifəyə göndərilib. 2015-ci ildən “Baku Steel Company”nin satış meneceri olub, bir müddət sonra isə yenidən “Azeri Steel”ə qaytarılıb. Deyir ki, bu yerdəyişmələrin səbəbi ona məlum deyildi. Harda işləmək barədə göstəriş verilirdisə, orada da gedib işləyirdi.

Onun sözlərinə görə, “Azeri Steel”də kassa məsələsinə də baxırdı: “Biz ”Azeri Steel" şirkətində “Baku Steel Company”nin armaturlarını satırdıq. Mal satışından gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala verilirdi. “Azeri Steel”dən Rasim Məmmədova da bir neçə dəfə pul aparıb vermişəm. Elə olurdu özünə, elə də olurdu, köməkçisinə verirdim. 100 min apardığım olub, 200 min olub..."Sonra Mübariz Səmədov ifadə verib. İfadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamıçdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orda nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı".

İfadənin bu yerində Rasim Məmmədov dillənib: “Qorxduq da deməyə”.

Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim ”Azeri Stell"ə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamları gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq. Yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçiləri maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, “yuxarı-1", ”yuxarı-2", o yuxarı, bu yuxarı. Bu yerdə Rasim Məmmədov dillənib ki, “o yuxarı mən olmuşam".

Şahid tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını oktyabrın 3-nə təyin edib. (musavat.com)

1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.

Qeyd edək ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Vaxtilə Ramiz Mehdiyevi himaayəsində fəaliyyət göstərən Rasim Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir.

\\Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti