8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Sozcu.info Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib.O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur. Ümman Əliyev özünü dələduzluq etməkdə təqsirli bilib: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. İfadəi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam”.Ümman Əliyev deyib ki, 2001-ci ildə yaşadığı Quba rayonunun Nic kəndindən işləmək məqsədilə paytaxta gəlib. İlk iş yeri Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza” olub: “Orada ofsiant işləyirdim. Hamama gələn şəxslərə çay, meyvə verir, nir sözlə, onlara qulluq edirdim. Tariyel Qurbanova da oradan tanımışam. Taryel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.Ümman Əliiyevin sözlərinə görə, qardaşı Vüsal epilepsiya xəstəsi olub:“Onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat aldım. Pulu qardaşımın müalicəsinə xərcləmədim. Amma onu müalicə adı ilə almışdım. Tariyel müəllim bundan xəbərsiz qaldı. Onun poçt vasitəsi ilə göndərdiyi pulu şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə pula ehtiyacım var idi.İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi adı ilə yenə də Tariyel müəllimdən 1800 manat aldım. Qubada həmin pulu paçtdan götürdük”.Ümman Əliyev bildirib ki, onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Pərvin Yusifovu cəza çəkmə müəssisəsindən tanıyıb: “Növbəti dəfə pulu Tariyel müəllimdən Pərvinin kartı vasitəsi ilə almışam. Puldan Pərvinə dost kimi vermişəm. Pərvin pulu hansı məqsədlə aldığımı bilməyib. Ümumiyyətlə o, Tariyel müəllimi tanımayıb. Pərvinə şəxsi pulum olduğunu demişəm. O da göndərilən pulu çıxararaq mənə verib”.Ümman Əliyevin sözlərinə görə, Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul alıb. Müxtəlif vaxtlarda aldığı pulların ümumi məbləği yadında qalmayıb. Bildirib ki, Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməyib, ifadəsinin həmin hissəsini müstəntiqin təzyiqi altında verib.Ümman Əliyev qeyd edib ki, Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmayıb, pulları tək özü istəyib və alıb.İbtidai istintaq zamanı Ümman Əliyev ifadəsində göstərib ki, Tariyel Qurbanovla əlaqə saxlayıb, onun çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Hakimin səsələndirdiyi bu ifadəsini təqsirləndirilən şəxs məhkəmədə təqsiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb və ona da belə bir foto göstərməyib.İstintaq ifadəsinə görə, Ümman Əliyev növbəti günlərdə Tariyel Qurbanovdan daha dörd dəfəyə pul alıb. Həmin ifadəyə görə, Ümman Əliyev ondan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə alıb.Daha sonra ifadə verən Pərvin Yusfov da özünü təqsirli bilməyib. O deyib ki, Ümmanla eyni cəza çəkmə müəsisəsində olub: “Biz eyni regiondan olduğumuz üçün orada münasibətimiz yarandı. Həbsdən azad olunandan sonra görüşməyə başladıq. Bir gün Ümman ilə çayxanada olan zaman dedi ki, kartın var, ona pul atsınlar. Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Pulları kartdan çıxararaq Ümmana verdim. Ümman da mənə xərclik verdi”.Pərvin Yusifovun sözlərinə görə, növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat alıb:“Həmin vaxt Tariyel Qurbanova zəng etdim. Telefon nömrəsini mənə Ümman vermişdi. Zəng etməkdə məqsədim pulu deyilən yerə çatdırdığımı bildrmək olub. Başqa məqsədim olmayıb. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən xəbərim olmayıb.Həmin gün Ümman mənə zəng etdi və dedi ki, ona pul göndəriblər, xəstə olduğu üçün götürməyə gedə bilmir. Məndən pulu götürərək ona çatdırmağımı istədi. Mən də Ümmanın dediyi kimi etdim. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Ona Ümmanın xəstə olması barədə heç nə demədim”.Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşüb: “Tariyel Qurbanov məndən Ümmanın səhhətini soruşdu. Dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Pulu Ümmana çatdırdım, o da 500 manat verdi ki, xərcləyim”.Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.Pərvin Yusifov deyib ki, Tariyel Qurbanovadan pul tələb etməməsinə baxmayaraq ona dəymiş ziyanın - 6350 manatının 1700 manatını ödəyib: “Həmin pul Baş Prokurorluğun depozit hesabına köçürülüb. Dəymiş ziyanın 25 faizİ miqdarında isə dövlət büdcəsinə ödəniş etmişəm. Tariyel Qurbanovla barışıq əldə etmişik, məndən şikatyətçi deyil”.Növbəti proses oktyabrın 28-də davam edəcək.İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.