Naxçıvanda ƏSAS DƏYİŞİKLİKLƏR hələ irəlidədir... - BU GÜN İSƏ...


Naxçıvanda vəziyyətin tamaməm dəyişə bilməsi üçün Vasif Talıbov getməlidir. Vasif Talıbovun isə gedişi hüquqi yolla yeni seçkilərdən asılıdır. Bunlar isə baş vermədiyindən, deyə bilərik ki, Naxçıvanda əsas dəyişikliklər hələ irəlidədir..."

Sozcu.info DİA.az-a istinadən bildirir ki, bu açıqlama ilə çıxış edən mötəbər mənbə Vasif Talıbovun kifayət qədər yıprandığını da qeyd edib.

Mənbə ilkin mərhələ olaraq Talıbovların qazanc yerlərinin nəzarətə götürülmə cəhdlərinin baş verdiyini qeyd edir. DİA.AZ-a bildirilənlər:

"Hələlik Talıbov ailəsinin gəlic ünvanları hədəfdədir. Rəsmi və qeyri-rəsmi bu rıçaqlara nəzarət ələ keçəndən sonra Vasif Talıbova yekun zərbə vurulacaq".

DİA.AZ bildirir ki, amma proses başlayıb və bu səbədən Naxçıvanın yavaş-yavaş dəyişdiyini də rahatlıqla deyə bilərik.

Yeri gəldiyindən Naxçıvanda son günlər baş verəın bəzi hasidələrin xülasəsini də təqdim edirik. Qeyd edək bu faktları tanınmış jurnalist Heydər Oğuz paylaşıb:

Naxçıvan "xanlığı"nın əshabələri bir zamanlar zorla camaatdan qəsb etdikləri pulları yavaş-yavaş qaytarmağa başlayıblar.

İş adamı Razi Orucovun redaksiyamıza verdiyi məlumata görə, Seymur Talıbovun sürücüsü Həsən Əhmədovun kirvəsi Anar Məmmədovun ona 4.200 manat borcu var idi. Razinin Naxçıvan MR DİN-ə şikayətindən sonra Anar Məmmədov onun borcunu qaytarıb.

***

Bu ilin iyul ayında Naxçıvanda hərbi təlimlər zamanı bir helikopterin qəzaya uğaması barədə yaydığınız məlumat düzdür. Hadisə Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində baş verib. Ekipaj üzvlərindən ölən olmayıb, bəzi şəxslər yüngül xəsarət alıb.

Vasif Talıbovun və Kərəm Mustafayevin göstərişi ilə rayon prokuroru Talıb Məmmədov bu hadisəni gizlədib.

***

Xanzadə-vəliəhd" Rza Talıbov bu gün səhər saat 8 radələrində Naxçıvandan Bakıya qayıdıb. Onun üzünə yenə Prezident qapısı bağlı olub. Rza Talıbov isə rəiyyət qapısından keçməyi "xanzadəliyinə" sığışdırmayıb və pullu qapını tərcih edib.

Amma bu dəfə də o, DTX-nın sürprizi ilə qarşılaşıb. Qara Pişiyin dediyinə görə, pullu qapıda dayanan DTX əməkdaşları xanzadənin üst-başını əməlli-başlı yoxlayıb. Eynilə rəiyyəti yoxladığı kimi. Bildirilir ki, bu tapşırığı DTX-nın Naxçıvan Baş İdarəsinin şefi Möhsün Aşurov verib. O, "xanzadə"nin bu zamanadək üst-başının yoxlanılmadan təyyarəyə buraxılmamasının səbəbini anlaya bilməyib. Deyib ki, "qanun qarşısında hər kəs bərabərdir. Hər kəsin pulunu ödəyib xüsusi qapıdan keçmək hüququ var və biz buna irad tuta bilmərik. Amma heç kim üst-başı yoxlanılmadan təyyarəyə minə bilməz".

Bir sözlə, hörmətli Möhsün müəllim köhnə hamama təzə tas gətirib. Görək bu təzə tasa xan həzrətləri nə qədər davam gətirəcək.

***

Məhərrəm Talıbovun oğlu Elnur Talıbov və Kərəm Mustafayevin oğlu Murad Mustafayev hər ikisi Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə “xidmət” edirlər. Onlar üçün qüllə deyilən binada özəl otaq hazırlanıblar. Onlar orda istirahət edir, istədikləri vaxt şəhərdə gəzir, istədikləri vaxt Bakı şəhərinə uçub orda nahar edib geri qayıdırlar. Atalarının gül balaları xidmət etmirlər, kef çəkirlər, kasıbların övladı səngərdə erməni ilə üz üzə dayanıb vətən torpağın qoruduqları halda, bu məmur balaları əsgərliyi də eyş-işrətlə keçirirlər. Sonra da Məhərrəm Talıbov mətbuat orqanlarına çıxıb qanuna hörmət və sədaqətdən dəm vurur.

***
Əlavə bilgilərimiz olacaq. Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq maraqlı tərəfləri dinləməyə hazırıq...




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}