DİQQƏT: İran Azərbaycanda terror aktları törətməyə hazırlaşır... - "Ən yaxşı bildiyi işə sarılıb"


İran Azərbaycanın öz torpaqlarında suveren hüquqlarını bərpa etməsinin qarşısını almaq üçün terror qrupları yetişdirib formalaşdırır.

Son zamanlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə İrandan qanunsuz şəkildə diversiya qruplarının keçidinə şahid oluruq.

Bu hal sülhməramlıların fəaliyyətində qanun pozuntusu olmaqla yanaşı, İranın da ikiüzlü siyasətinin sübutudur. Görünən odur ki, İran Ermənistan vasitəsilə Azərbaycanla döyüşmək niyyətindədir.

Yəni öz istiqamətindən cəbhə açmadan, Ermənistan üzərindən Azərbaycana qarşı cəbhə açmağı düşünür.

Hurriyyet.az-ın məlumatına görə, siyasi şərhçi Çingiz Göytürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ilk olaraq 14 nəfər, indi isə 13 İran vətəndaşının Qarabağın Rusiya "sülhməramlı" qüvvələrinin müvəqqəti nəzarəti altında olan bölgələrə qanunsuz girişi, İranın bölgədəki məkrli planlarının davam etdiyini, üstəlik, oyununu son 30 ildən fərqli olaraq, artıq açıq oynadığını göstərir.

O qeyd edib ki, bu qanunsuz keçişlərin məqsədi ilə bağlı fikir yürütmək üçün əlimizdə qəti informasiyalar yoxdur.

“İran İslam Respublikasının 43 ildir dünyanın müxtəlif ölkələrində apardığı işlər, eyni zamanda bölgədəki maraqları, Azərbaycan dövləti və dövlətçiliyinə bəslədiyi düşmən mövqeyi və Qarabağda bugünkü fəaliyyəti bizə bunu deməyə əsas verir ki, İranın Azərbaycan dövləti və xalqına qarşı növbəti təxribat planları var”.

Göytürk qeyd edib ki, 44 günlük vətən müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnməsi, İranın bölgədə Azərbaycana təzyiq imkanlarını məhdudlaşdırdı, digər tərəfdən isə işğal altındakı ərazilərdən narkobiznes üçün "boz bölgə" kimi istifadə etməsini əngəlləyərək, böyük bir gəlir qaynağından məhrum etdi.

Eyni zamanda son 2 ildə Azərbaycan-Türkiyə-İsrail ittifaqı və Azərbaycanın, artıq gerçəkləşməsi qaçınılmaz olan “Şərq-Qərb Tranzit koridoru”nun mərkəzi ölkəsinə çevrilməsi İranı ciddi şəkildə küncə sıxışdırıb.

Siyasi şərhçi hesab edir ki, belə bir şəraitdə İran ən yaxşı bildiyi işə sarılıb - Azərbaycanın öz torpaqlarında suveren hüquqlarını bərpa etməsinin qarşısını almaq üçün terror qrupları yetişdirib formalaşdırması heç də təəccüb doğurmamalıdır.

“Zənnimcə torpaqlarımıza "sulhməramlı" əllərlə qanunsuz soxulmalar, məhz İran İslam Respublikasının bu bədxah hədəfinin nəticəsidir”,- deyə o qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}