Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna ilə “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi 2 ildir davam edir.
Sozcu.info xəbər verir ki, 2 il əvvəl – 2021-ci ilin yanvar ayında Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırıb.
İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən baxılır.
Qeyd edək ki, iddia ilə bağlı ilk hazırlıq iclası ilk dəfə 21.01.2022-ci il tarixinə təyin olunub. Həmin tarixdən sonra dəfələrlə hazırlıq iclası təyin edilib. Sonuncu hazırlıq iclası dekabr ayının 5-də baş tutub.
Növbəti hazırlıq iclası isə gələn ilin yanvar ayının 9-na təyin edilib.
“Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlunun iddiası ilə əlaqədar olaraq 2 il ərzində ancaq hazırlıq iclaslarının təyin olunmasının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Məlumat üçün bildirək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 128 min 767 manat 72 qəpik vergi borcu var.
yeniavaz.com