“Sülhməramlıların Şuşaya girməsi üçün Bakıdan xüsusi icazəsi olmalıdır” – Melikyan Laçın dəhlizindən DANIŞDI


Laçın Azərbaycana təhvil verilib. Bu səbəbdən Laçın dəhlizini “Artsax”ı Ermənistanla birləşdirən yeni marşrut kimi təsnif etməyin mənası yoxdur. Odur ki, Ermənistan tərəfi yeni marşrutun adekvat təyinatını dövriyyəyə buraxmalıdır”.

Bu fikirləri separatçıların nümayəndəsi Arman Melikyan səsləndirib.

Melikyan bildirib ki, bu gün fəaliyyət göstərən yol Laçın dəhlizi deyil: “Bu, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan, Laçın dəhlizindən fərqli və statusu hələ dəqiqləşdirilməyən yoldur. Laçını təslim edənlər bu barədə əvvəlcədən düşünməli idilər. Həmin dəhliz yeni marşrutdan fərqli olaraq beynəlxalq sənədlərdə qeyd olunub və ona görə də, humanitar dəhliz adlanıb” – Melikyan vurğulayıb.

Separatçı hesab edir ki, Ermənistan tərəfi yeni marşrutun adekvat təyinatını nəqliyyat infrastrukturu kimi dövriyyəyə buraxmalıdır: “Ermənistan bu istiqamətdə ciddi işləməlidir ki, yolun statusu nəhayət müəyyənləşsin. Şuşa rayonunda yolun bağlanması erməni tərəfinin bu şəhərdən yan keçən yolun çəkilməsini vaxtında təmin etməli olduğunu gündəmə gətirir” – separatçı deyib.

“Rusiya sülhməramlılarına gəlincə, Melikyan bildirib ki, onların Şuşaya girmək üçün Bakıdan xüsusi icazəsi olmalıdır: “Rusiya sülhməramlıları ermənilərin məskunlaşdığı ərazilərdən sərbəst keçirlər. Lakin Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edə bilmirlər. Azərbaycan tərəfinin hərəkətləri başa düşüləndir. “Artsax” erməniləri (separatçılar – red) üçün mümkün qədər çox çətinlik yaratmaq istəyirlər. Azərbaycan proqnozlaşdırdığı addımları atır. Bir sözlə, bundan sonra Laçın humanitar dəhlizin bir hissəsi deyil”, – Melikyan fikirlərini tamamlayıb. \\KONKRET.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}