Şəhid olmuş hərbi qulluqçunun adı açıqlanıb

Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhid hərbçinin nəşi Tovuz rayonundandır.
Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.
O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.
Onun sabah dəfn olunacağı bildirilir.
Eyni zamanda, Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}