Zərrab ailəsinin məhkəmə başlamadan Türkiyədən qaçdığı ortaya çıxdı

Zərrab ailəsinin məhkəmə başlamadan Türkiyədən qaçdığı ortaya çıxdı

 

ABŞ-a səfəri qurulmuş oyun olan Rza Zərrabın anası Şəbnəm Sərraf ilə atası Hüseyn Zərrab sentyabrda, qardaşı Məhəmməd Sərraf isə oktyabr ayında İrana keçib.

Avropa.info xəbər verir ki, bu informasiya ilə "Milliyet” qəzetinin jurnalisti Serpil Çevikcan çıxış edib.

"27 noyabrda Rza Zərrab müttəhim kimi deyil, şahid qismində ifadə verməsi məlum olmuşdu. Zərraf cinayətini etiraf edəcəyi məhkəmədən 29 gün əvvəl ortaya çıxmışdı. Əldə olunan məlumatlar göstərir ki, Zərrab ailəsi 26 oktyabrdan əvvəl hazırlıq görürmüş. Rza Zərrab kimi Türkiyədə yaşayaraq türk vətəndaşlığı alan anası Şəbnəm və atası Hüseyn Zərrab sentyabr ayında İrana gediblər. Valideynlərinin ardınca qardaşı Məhəmməd ana və atası kimi Türkiyədən İrana keçib.

Ana, ata və qardaşının eyni tarixlərdə İrana keçməsi marağa səbəb olub. Ancaq daha maraqlısı Zəncaniyə edam hökmü çıxarıldığı bir dövrdə Zərrab ailəsinin İrana keçməsidir. Məlum olur ki, Zərrabın Türkiyə əleyhinə ifadə verdiyi bir dövrdə türk vətəndaşı olan ana, ata və qardaş da Türkiyədən çıxmağa üstünlük verib”.



Oxşar Xəbərlər

Xəbər lenti