8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Özünü “İmam Mehdi” kimi təqdim edərək, dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında bu dəfə “zərərçəkmiş” qismində Əsədov Rza, Kavə Söhrab və Seyidov Ramil ifadə veriblər.
Hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən prosesdə “zərərçəkmiş” Ramil Seyidov bildirib ki, təqsirləndirilən şəxslə 2009-cu ildə futbol oynayan zaman tanış olub. O bildirib ki, uzun illər Rusiyada yaşayıb və orada usta işləyib. 2009-cu ildə Azərbaycana gələndən sonra “Şaurma N 1”-də işə düzəlib.
“Aqil Babayevi futbol oynayan zaman tanımışam. Hər dəfə fikir verirdim ki, ətrafındakı insanlar ona diqqətli yanaşı, hətta ona qulluq etmək üçün bir-biriləri ilə rəqabət aparırdılar. Mən də zaman keçdikcə onun “İmam”lığını tanımağa başladım. Hər kəs kimi mən də günahlarımın bağışlanması üçün zəkat verirdim. 2009-cu ildən 2021-ci ilə kimi hər ay 30 manat pul ödəyirdim”, - deyən Ramil Seyidov A.Babayevə təxminən 4-5 min manat verdiyini qeyd edib.
Digər “zərərçəkmiş” qismində danışan Rza Əsədov isə əvvəllər kasıb bir insan olduğunu, 2016-cı ildən imkanının yaxşılaşdığını bildirib. Maddi imkanının düzəldiyi vaxtdan etibarən hər ay Aqil Babayevə 70 manat zəkat verdiyini qeyd edib. O, da Aqili futbol zamanı tanıdığını söyləyib.
“Aqil Babayev ancaq imkanlı şəxslərlə əlaqə yaradırdı. Kasıb olduğum üçün mənimlə unsiyyəti qısa qururdu”, - deyə Rza Əsədov bildirib.
Vəkilin “Siz dində heç rastlaşmısınız ki, İmam ancaq imkanlı şəxslərlə ünsiyyət qurur”sualına “zərərçəkmiş” gülərək “xeyr” cavabını verib.
Digər “zərərçəkmiş” Kavə Zöhrab da bildirir ki, Aqil Babayevi 2005-ci ildə tanıyıb. Dediyinə görə, sonradan fikir verib ki, Aqil ancaq imkanı şəxslərlə ünsiyyət qurur, bu səbəbdən ondan uzaqlaşıb.
Bununla belə, 2016-ci ildən yenidən Aqil Babayevə inanmağa başladığını deyən K.Zöhrabın iddiasına görə, o da hər ay 30 manat zəkat pulu verirmiş.
Daha sonra çıxış edən A.Babayev “zərərçəkmişlər”in ifadələrinin yalan olduğunu və onların bu iddiaları ilə razılaşmadığını qeyd edib. “Bunlar, özləri dediklər kimi, kasıb olduqları halda necə zəkat verirlərmiş? Əksinə, mən onlara bir çox yardımlar etmişəm”, - deyə Aqil Babayev bildirib.
Qeyd edək ki, məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.
Ötən sayımızda da qeyd etdiyimiz kimi, bu işin “zakaz” olduğu sonuncu məhkəmə prosesində daha da qabarıq şəkildə özünü birüzə verib. “Zərərçəkmişlər” həm kasıb olduqlarını, həm də zəkat verdiklərini bildirirlər. Əlbəttə, maddi gəliri aşağı olan bir insan üçün hər ay 30, yaxud 70 AZN “zəkat pulu” verməsi inandırıcı deyil. Odur ki, Aqil Babayevin keçmiş şəriki Natıq Sadıqov “zərərçəkmiş” qismində məhkəməd ifadə verən şəxsləri daha inandırıcı “arqumentlərlə” prosesə göndərməlidir…
Digər tərəfdən, Aqil Babayevi tanımazdan öncə kasıb olan “zərərçəkmişlər”in, onunla əlaqə qurduqdan sonra maddi imkanları yaxşılaşıbsa, bu o demək deyilmi ki, Aqilin də dediyi kimi bu insanlara yardım edib?!
Sonda qeyd edək ki, artıq məhkəmə zalında “qırğın”, dava yoxdur. Hakim istədiyi vaxt kimisə zaldan sakitçiliklə uzaqlaşdıra bili. Hətta ifadə verən Rza Əsədovun ifadəsini bəyənməyən, 40 “zərərçəkmiş”dən olan bir nəfər ona irad bildirən zaman hakim onu zaldan uzaqlaşdırdığı vaxt, o, sakitcə zalı tərk edib. Sizcə, Vasif Talıbovun vəzifədən getməsi Natiq Sadıqovu qorxuya salmayıbmı? Bu qədər sakitliyin səbəbi qorxudurmu?
Onu da nəzərinizə çatdıraq ki, ifadə verən “zərərçəkmişlər”in ikisi hazırda “Şaurma N1”-də işləyirlər. Kavə Rövşənin əmisi oğlu olan Kavə Zöhrabın Aqil Babayevlə heç bir problemi olmayıb, o, əmisi oğlunun ziddiyyətli münasibətinə görə məhkəmədə iştirak edir. Bu prosesdə də, ötən prosseslərdəki kimi, “zərərçəkənlər”in zəkat verdiklərinə dair heç bir sənəd, sübut yoxdur. Onlar ifadələrində deyirlər ki, “Aqili futbol oynayanda tanıdım, inandım”. Sual verən yoxdur ki, Aqil Babayev orda hansı möcüzəni göstərirdi ki, aparıb pullarınızı ona verirdiniz?! Belə çıxır ki, futbolçuların hamısına zəkat verməliyik?! Ən maraqlı məqam da odur ki, hal-hazırda “Şaurma N1”-də işləyən “zərərçəkmişlər”ə “sizi kim işə götürüb”, -deyə sual verəndə cavab verirlər ki, Natiq Sadıqov. Halbuki, Natiq Sadıqovun heç bir sənəddə adı yoxdur. Bu, necə ola bilər?
Proseslər onu göstərir ki, bu oyunun sifarişçisi üzə çıxmasa belə, Aqil Babayevin məhkəməsinin yekununda Natiq Sadıqov ağır çəza alacaq. Ən azı ona görə ki, onun öyrətdiyi şəxslər artıq 2 ildir məhkəmə prosesini belə yalan ifadələrlə məşğul edirlər.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc edə bilərik.