27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Biz istəyirik ki, Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanmış əfv və amnistiya siyahısında bütün siyasi dustaqların adı olsun və onlar azadlığa qovuşsunlar”.
Sozcu.info xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, xəstəliyi olan dustaqlar mütləq azad olunmalıdırlar:
“Bloger, jurnalistlər, siyasi partiya üzvləri, ağır xəstəliyi olan şəxslər azad edilməlidirlər. Bizim təklif etdiyimiz siyahıda Eldar Həsənov, Hüseyn Abdullayev və Cahangir Hacıyevin də adı var. Hüquq müdafiəçimiz Elçin Məmmədli artıq neçə ildir ki, həbsdədir və biz onun azadlığa qovuşmasına yardım edə bilmirik. Cəmiyyətə zərər verməyən insanlar mütləq azad olunmalıdırlar”.
N.Cəfəroğlu ömürlük həbs cəzası alanların da azad olunmasını istədiyini deyib:
“İstərdik, Milli Məclis ömürlük həbs cəzası alan OMON-çularla da bağlı bir qərar çıxarsın. Onlar Vətən uğrunda mübarizə aparan şəxslərdir və 20 ildən çoxdur ki, həbsdədirlər.
Bizdə digər siyahıda dini məsələlərlə bağlı həbs olunanların da adları var. Onlardan biri də Taleh Bağırzadədir. Bu gün birlik zamanıdır!”