Rövnəq Abdullayev: “Pulunu versin, istəyir lap atasının adını qoysun”

 

Sumqayıt şəhərində 10 min nəfərlik stadion tikiləcək. Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.

O bildirib ki, hazırda bu məqsədlə vəsait axtarılır. R.Abdullayev UEFA və "Sumqayıt" klubunun vəsait ayıracağını bildirib: "Biz kommersiya məsələlərindən uzaqlaşırıq. Bu gün "Bakcell Arena"nın saxlanma xərclərinin 95 faizini "Bakcell" ödəyir. Stadion adları yalnız kommersiya xarakterli olacaq. "Bayıl Arena”ya da sponsor axtarılır. Sponsor pulunu versin, istəyir lap atasının adını qoysun. Təbii ki, bu, zarafatdır. İK iclasında Sumqayıtda Mehdi Hüseynzadə adına stadionun məsələsi müzakirə olundu. Orada 10 minlik stadion tikintisi üçün layihə var. İndi qalıb onun pulunu tapmaq. Bir azını Elxan Məmmədov UEFA-dan alar, qalanını da "Sumqayıt” rəhbərliyi verər".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}