8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze paylaşıb: "Əsas məsələ ABŞ və Avropa Birliyi ilə münasibətlərimizdəki balansı qorumaqdır. Əslində bu mövqe Brüsseldən çox, Vaşinqtonun xoşuna gəldi.
Bakının isə İslam Əməkdaşlıq Təşkilatının sammitindən sonra başqa seçim imkanı yox idi. Digər tərəfdən, Moskva faktorunu da burada heç kim ləğv etməyib”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasında keçirilən səsvermədə Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ-ın qərarı rədd edilib. Qərarın lehinə 128, əleyhinə 9 səs verilib, 35 dövlət bitərəf qalıb, 20 dövlət isə ümumiyyətlə səsvermədə iştirak etməyib. (axar.az)