Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” –Bu gün sonuncu konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” –Bu gün sonuncu konsert keçiriləcək

 

Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin  "Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Mərkəzdən verilən məlumata görə, konsertdə Xalq artisti Gülyanaq Məmmədova "Naz eyləmə”, "Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov"Çoxları incikdi”, "Sərvi-azad”, xanəndə Kamilə Nəbiyeva "Neyləyə billəm” təsniflərini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında "Hümayun”muğamı təqdim olunub.

Tədbirdə xanəndələri Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə  "Könül” instrumental ansamblı müşayiət edib.

Ansamblın üzvləri əməkdar artistlər Elşən Mansurov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara), Hüsaməddin Əzizov (bəm nağara), Qalib Həşimov (bəm tar) və Fərid Babayev (bəm kamança) olublar.

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb. 

Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm "Muğam axşamlar”ı layihəsinin ikinci mərhələsinin sonuncu konserti bu gün – dekabrın 27-də saat 19:00-da keçiriləcəkdir.

Konsertdə  "Arazbarı”, "Ovşarı”, "Heydəri”, "Osmannı” ritmik muğamları səslənəcək. 

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət” mərkəzlərindən və İticket.az (online) saytından əldə etmək olar.

Layihənin informasiya dəstəkçiləri Azərtac, Mədəniyyət kanalı, Azərbaycan radiosu,"Baku” jurnalıdır.



Oxşar Xəbərlər

Xəbər lenti