8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda 175 saylı xətt üzrə işləyən sərnişin avtobusunun qəzaya uğraması bu marşrutda işləyən sürücülərin hər gün yol verdikləri kobud qayda pozuntularının məntiqi nəticəsidir.
Hər gün bu marşrutdan istifadə edən sərnişinlərin virtualaz.org-a bildirdiklərinə görə 175 saylı xətt avtobuslarının sürücüləri sürət həddini aşma, ötmə və manevr qaydalarının kobud şəkildə pozulması kimi ciddi yol hərəkəti qayda pozuntularına yol verirlər. Bundan narazılıq edən sərnişinlərin iradlarına sürücülər məhəl qoymur. Bu, Bakının əksər marşrut avtobusu sürücülərinin hər gün istifadə etdiyi praktikadır. Nəticədə paytaxtda avtobusların iştirakı ilə baş vermiş yol qəzalarında az qala hər gün ölən və yaralananlar olur.
***18:58
Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.
Xəbər verildiyi kimi hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib. Qəzaya səbəb avtobusun sərt döngəyə yüksək sürətlə daxil olmasıdır. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
***
18:44
Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.
Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.
***17:55
Paytaxtda marşrut avtobusu aşıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şosesində baş verib.
Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.